azia.az
azia.az

3 dəfə məhkum olunmuş vəkil Aslan İsmayılov haqqında olan məhkəmə qərarları ləğv edildi

30-10-2021, 08:47

3 dəfə məhkum olunmuş vəkil Aslan İsmayılov haqqında olan məhkəmə qərarları ləğv edildi
Azərbaycan məhkəmələrinin hüquqşünas Aslan İsmayılovla bağlı qərarları ləğv edilib.

Xəbərə görə, bu barədə A.İsmayılov özü məlumat verib.

“Yəqin ki, Ginnes rekordlarının qeyd olunduğu ünvana müraciət etməli olacam. Yer üzündə 3 dəfə məhkum olunmuş vəkil kimi, 3-cü dəfə vəkilliyə qəbul olunmaq şansı qazanmışam. Elektron ünvanıma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 oktyabr 2021-ci il tarixli Qərarı daxil olub. Bəlli oldu ki, Avropa İnsan Haqları Məhkəməsinin 13 mart 2020-ci il tarixli Qərarına nəhayət ki, 1 il 7 ay keçdikdən, yüzlərlə şikayət ərizələrimdən, çıxışlarımdan sonra Ali Məhkəmə baxıb və 2013-cü ildə vəkillikdən xaric olunmağımla bağlı bütün Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edib. İş yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilib. Yəqin ki, buna da bir neçə ildən sonra baxılar” – hüquqşünas qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi