Azərbaycanda tanınmış hakimlər vəkilliyə qəbul olundu
Xəbər verdiyimiz kimi, bu gün vəkilliyə qəbul üzrə şifahi imtahanda uğur qazanmış namizədlərin adı açıqlanıb.
E-huquq.az-ın məlumatına görə, həmin namizədlər arasında keçmiş məhkəmə sədrləri və hakimlər də var.
Belə ki, uzun illər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Abasov Əliövsəd Məzahir oğlu, Suraxanı Rayon Məhkəməsinin sədri Əliyev Kəramət Fətəli oğlu, Zaqatala rayon Məhkəməsinin sədri Məmmədov Elbrus Hacıbala oğlu, Sumqayıt Şəhər Məhkəməsinin sədri Hüseynov Zeyqam Hüseyn oğlu, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Etibar Camalov və Salyan Rayon Məhkəməsinin sədri Paşayev Əlövsət Bəhrəm oğlu vəkillik fəaliyyətinə başlayıblar.
Xatırladaq ki, həmin hakimlər bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdılar.