azia.az
azia.az

Mərkəzi Nəbatat Bağının əməkdaşları Azərbaycan Beynəxalq Məktəbinin qonağı olublar

8-06-2021, 13:56


Mərkəzi Nəbatat Bağının əməkdaşları Azərbaycan Beynəxalq Məktəbinin qonağı olublar

AMEA Mərkəzi Nəbatat Bağının biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev və Bağın baş aqranomu İlkin Şəfiyev Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) qonağı olublar. Görüşün əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərməklə onlara yaşıllıqların salınması işində kömək etməkdən ibarət olmuşdur.
Azərbaycan Beynəlxalq Məktəbinin müəllimi Aleks Conson Bağın əməkdaşları ilə görüşərək onlara məktəb haqqında məlumat vermiş və məktəbin ərazisi ilə tanış etmişdir. Görüş zamanı məktəbin ərazisi nəzərdən keçirilmiş, uşaqlar üçün yeni yaradılacaq bağların yerləri və dizaynı müəyyən edilmişdir.
Görüşün sonunda Azərbaycan Beynəlxalq Məktəbi ilə Mərkəzi Nəbatat Bağı arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi