azia.az
azia.az

Vilayət Eyvazov DYP-ə yeni rəis Təyin etdi - ƏMR

21-09-2021, 15:02

Vilayət Eyvazov DYP-ə yeni rəis Təyin etdi - ƏMR
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.


Azia.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Yusif Hüseynov Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin edilib.

Yusif Hüseynov bundan əvvəl DYP sistemində tağım komandiri vəzifəsində çalışıb. Məlumat DİN-nin mətbuat xidmətindən saytımıza təsdiq edilib.



Qeyd edək ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi Firdovsi Yusubov bir xeyli müddət bundan əvvəl vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Həmin vaxtan onun tutduğu vəzifə boş idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi