azia.az
azia.az

"Ramin Bayramlı bir dəfə çağırıb o alimlərdən soruşmadı ki, bu virus nədir?!"

15-09-2021, 08:43


"Bu barədə daha əvvəl də fikrimi bildirmişəm. Azərbaycanda Virusologiya İnstitutunda iki yüzdən çox alim işləyir. Amma Ramin Bayramlı pandemiya dönəmində bir dəfə çağırıb o alimlərdən soruşmadı ki, bu virus nədir?! O, əvvəldən TƏBİB-ə sədr seçilməməli idi".
"Ramin Bayramlı bir dəfə çağırıb o alimlərdən soruşmadı ki, bu virus nədir?!"
Bildirilir ki, bunu tibb elmləri namizədi Rəşid Mahmudov deyib.
O, TƏBİB-in İdarə Heyətindəki dəyişiklik barədə bunları qeyd edib:

"Azərbaycanda Səhiyyə Nazirliyi fəaliyyət göstərdiyi halda TƏBİB-ə nə ehtiyac vardı? Bütün suallara və məsələlərə Səhiyyə Nazirliyi cavab verməlidir. Səhiyyə Nazirliyi ola-ola işlər TƏBİB-ə həvalə edilib. Pandemiya dövründə bu işlə nazirlik məşğul olmalı idi. Koronavirusla mübarizədə fərqli sahələrdən olan həkimlərin xidmətindən istifadə edildi. Bu, düzgün istiqamət deyil. Bütövlükdə TƏBİB-in fəaliyyətindən narazıyam. Ona görə də, dəyişikliyin nəticəsi barədə fikir bildirə bilmirəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi