azia.az
azia.az

General həbs edilən rəisi niyə işdən qovub? (SƏBƏB)

18-08-2021, 16:08


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Sabunçu rayon idarəsinin həbs edilən keçmiş rəisi Rövşən Babayev 2 il əvvəl işdən qovulub.
General həbs edilən rəisi niyə işdən qovub? (SƏBƏB)
Bu barədə daxil olan məlumatda deyilir ki, həmin vaxt Rövşən Babayevin qanunsuz əməlləri barədə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimova məruzə edilib. Bundan sonra dərhal araşdırmalara başlanılıb və deyilənlər təsdiqini tapıb. Nəticədə Rövşən Babayev işdən qovulub. Eyni zamanda onun barəsində Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib.

Məlumatda həmçinin bildirilir ki, Rövşən Babayev qanunsuz əməlləri ilə yanaşı bəzi hallarda mərkəzə də tabesizlik göstərirmiş.

Rövşən Babayevin həbsi barədə dünən məlumat yayılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, keçmiş rəisə Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Qaynarinfo


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi