azia.az
azia.az

Azərbaycan İsraildən 2 milyardlıq silah almaq üçün danışıqlar aparır

13-08-2021, 01:50


Azərbaycan İsraildən 2 milyardlıq silah almaq üçün danışıqlar aparır
Azərbaycan İsrail hərbi sənaye şirkətlərindən 2 milyard dollarlıq (yaxud şekel,-red.) silah almaq üçün danışıqlar aparır. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı İsrailin “İsrael Hayom” (“İsrael Today”) qəzeti yayıb.

Qeyd edək ki, xəbərin müəllifi Den Samuel Elms xəbərin girişində 2 milyard şekel məbləğində silahdan bəhs etsə də daha sonra 2 milyard dollardan bəhs edir. Bu baxımdan hansı valyutadan söhbət getdiyi dəqiq məlum olmur.



Bildirilir ki, ikinci Qarabağ müharibəsi zamanı İsrail istehsalı olan dronlardan və raketlərdən geniş istifadə edən Azərbaycanın indi daha 2 milyard dollarlıq silah almaq istəməsinə təsir göstərən iki əsas amil var. Birinci amil son zamanlar Azərbaycan-Ermənistan sərhədində artan və bir çoxlarına görə, üçüncü Qarabağ müharibəsinə gətirib çıxara biləcək atışmalardır. İkincisi isə İsraillə Azərbaycan arasında xüsusən Bakının Qarabağ müharibəsində qələbə qazanmasından və İsraildə Azərbaycanın ticarət-turizm ofisinin açılması barədə tarixi qərardan sonra daha da sıxlaşan münasibətlərdir.


Azərbaycan İsraildən 2 milyardlıq silah almaq üçün danışıqlar aparır
Nəşr yazır ki, Azərbaycan Müdafiə Nazirliyinin təyyarələri xüsusən son günlər İsrail aeroportlarına tez-tez enir, onlar müxtəlif tipli döyüş sursatları, o cümlədən ballistik raketlər daşıyırlar. Gözlənilir ki, yüz milyonlarla dollarlıq bu sövdələşmə yaxın aylarda imzalanacaq. Və Bakı ilə münasibətlərin İsrail üçün əhəmiyyətini bir daha göstərəcək, ermənilərin və dünyadakı erməni lobbisinin İsrailin Azərbaycana silah satmasını əngəlləmək üçün göstərdiyi təzyiqlərə baxmayaraq.

Bildirilir ki, Azərbaycanda İsrailin hərbi sənaye şirkətləri öz mərkəzlərini açıblar. Bundan başqa İsrail şirkətləri təhlükəsizlikdən tutmuş kənd təsərrüfatına qədər bütün sferalarda təmsil olunublar, azad edilmiş ərazilərdə tikinti işlərində iştirak edirlər. Qəzet Azərbaycanın İsraildə səfirlik açmasını da mümkün hesab edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi