azia.az
azia.az

DYP-dən “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının düşdüyü qəza ilə bağlı AÇIQLAMA - VİDEO

6-07-2021, 12:04


Abşeronda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.
DYP-dən “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının düşdüyü qəza ilə bağlı AÇIQLAMA - VİDEO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, yol nəqliyyat hadisəsi Sumqayıt şəhər sakini Əliyev Emil Şahin oğlunun idarə etdiyi, 99-SP-611 dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib:
“Belə ki, “Mercedes C klass” yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman “Nissan” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Mercedes” idarəetməni itirərək qarşıdan gələn “Mercedes Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

Qeyd edək ki, APA-nın məlumatına görə, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi