Ermənilərə XƏBƏRDARLIQ EDİLDİ: "Çaşmasınlar, bu dəfə daşı-daş üstündə qoymarıq!"
Bu gün gecə və səhər saatlarında mənfur düşmənin Azərbaycan ordusuna qarşı müəyyən fəaliyyətlər icra etməyə cəhd etməsi bölgədə rezonans doğurub.Qalanews bu barədə hərbi jurnalist Mirzə Hüseynovun fikirlərini öyrənib:
"Ümumiyyətlə son günlər düşmən həm dövlət sərhəddində, həm də hələ də, bölgü və ya mühəndis işləri aparılan ərazilərdə aktivlik göstərməyə başlayıb.Bunu birmənalı hesab etmək olmaz.Bilirsiniz ki, hal-hazırda Ermənistanda "Kreslo" davası gedir.Ona görə də, hər kəs çalışır erməni xalqının gözündə lider olsun.Alqışla qarşılanan addım atsın.Bu hərəkətlər də, ona yönəlib.Bunu biz də, siz də, hər kəs də, bilir ki, erməni ordusu deyilən bir şey qalmayıb.Düzdür indinin özündə də, başqa vasitələrlə Ermənistana silah ötürən qüvvələr var.Bu faktdır.Amma bu təbi ki, bizi qorxuda bilməz.Azərbaycan ordusu istənilən halda onlara layiq olduqları yeri göstərməyə qadirdir və 44 gün boyunca bunu sübut etdi.Düşmən çaşmasın.Bu dəfə daş üstündə daş, gövdə üstündə baş qoymarıq. Onlar özləri də, bunu çox gözəl bilirlər.Azərbaycan ordusunun davranışları təqdirə layiqdir.Bildiyiniz kimi dünən Şuşa, Kəlbəcər və Gədəbəy rayonları istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu.Müdafiə Nazirliyi bu barədə rəsmi məlumat yaydı.Amma ordumuz düşmənə qarşılıq vermədi.Çünki bu bir təxribat idi və idarə heyəti bunu çox gözəl anlayırdı.Amma bu gün səhər törədilən düşmən təxribatı zamanı artıq cavab tədbirlərinin görülməsi labüt idi və görüldü.Düşmənin altı hərbçisi əsir götürülüb və zərərsizləşdirilib.Ərazidə taktiki gediş və yerdəyişmə etməyə çalışan düşmən tanklarının fəaliyyəti isə ordumuzun bölmələri tərəfindən blok edilib.Düzdür bəzi saytlar və qeyri-ciddi xəbər portalları, "Düşmən tanklarla hücuma keçdi" başlıqları ilə xəbərlər paylaşır.Belə qeyri-ciddi və saxta KİV-lərə inanmaq lazım deyil".
Qeyd edək ki, Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə,düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb:
"Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".