azia.az
azia.az

“Hansısa azərbaycanlı Xankəndinə girsə, onu şəxsən özüm tutacağam” – Avaqyan

19-04-2021, 21:03

“İnternetdə azərbaycanlıların sərbəst şəkildə Xankəndinə girib şəhərin mağazalarında alış-veriş etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.
“Hansısa azərbaycanlı Xankəndinə girsə, onu şəxsən özüm tutacağam” – Avaqyan
Bu sözləri qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizlik xidməti”nin “direktor müavini” Boris Avaqyan bu gün parlamentdəki çıxışı zamanı deyib.

“Bunlar sosial şəbəkələrdə yerləşdirilmiş bəzi saxta xəbərlərdir. Həftədə 3-4 dəfə bu marşrutla getsəniz, bunun mümkünsüz olduğunu anlayacaqsınız. Belə məlumatları kimin yaydığını bilmirəm. Ancaq bu məlumatları rəsmi olaraq istisna edirəm. Belə bir hal baş verərsə, Xankəndinə girən azərbaycanlını şəxsən özüm tutacağam”– Avaqyan bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi