azia.az
azia.az

“Gülbaxt Tikinti Kombinatı” MMC-dən DƏLƏDUZLUQ... - "Artıq onların yalançı vədlərinədə inanmıram"

10-03-2021, 00:01

DİA.AZ: - Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 35, mənzil 33-də yaşayan Əsədov Qardaş Əsədbala oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
“Gülbaxt Tikinti Kombinatı” MMC-dən DƏLƏDUZLUQ... - "Artıq onların yalançı vədlərinədə inanmıram"
"Mən mətbuat vasitəsi ilə bildirirəm ki, 1995-ci ildə “Gülbaxt Tikinti Kombinatı” MMC-də (Qaradağ rayonu) qeyri-rəsmi kran maşinisti vəzifəsində əmək fəaliyyətinə başlamışam. 01 iyul 2005-ci tarixində isə əmək müqaviləsi bağlayaraq 30.01.2019-cu il tarixinə kimi rəsmi olaraq həmin tikinti kombinatında kran maşinisti vəzifəsində işləmişəm. Əlavə kran maşinisti vəzifəsində işləyən işçi olmadığına görə rəsmi işlədiyim 14 il ərzində məzuniyyətlərimdən istifadə etməmişəm. Hər dəfə məzuniyyət götürmək istədikdə tikinti kombinatının rəhbərliyi tərəfindən mənə bildiriblər ki, “kran maşinisti vəzifəsində sizi əvəz etmək üçün işçimiz olmadığına görə əlbətdəki məzuniyyət pulunu ödəmək şərti ilə xahiş edirik bu il əmək məzuniyyətindən istifadə etməyəsiniz”. Lakin iki ilə yaxındır öz xahişim ilə əmək müqaviləsinə xitam verilsədə məzuniyyət pulumu ala bilmirəm. Keçən müddət ərzində dəfələrlə müraciət etmişəm. Hər müraciətimdə rəhbərlik “bu ay raşotunu verəcəyik” cavabı verərək məni süründürürlər. Müraciətlərimə isə bu günə qədər cavab verilməyib.

Eyni zamanda mənə 170 manat aylıq maaş rəsmləşdiriblər. Lakin mənim aylıq maaşım 700 manat olub. “Gülbaxt Tikinti Kombinatı” MMC-nin keçmiş müdiri Elşad Quliyev tutduğu vəzifəsindən azad olunanda kombinatın mənə beş min manatdan çox borcu vardı. Yəni ala bilmədiyim aylıq maaşımın aylarının toplam cəmi beş min manatdan çox idi. Qeyd edim ki, normal aylıq maaşlarımızı ala bilmədiyimizə görə bu pul yığılıb qalmışdı. Mən həmin pulu Elşad Quliyevdən tələb edəndə təzə rəhbərliyə təyin olunmuş Natiq müəllim mənə dedi ki, “Elşad müəllim işindən azad olunub və sizə borcu yoxdur. Çünki sizə Elşad Quliyevin həyətində işləməmisiniz ki, borc onun olsun.Gülbaxt Tikinti Kombinatının sizə borcu var. Dünən Elşad müəllim idi müdir bu gün mən. Demək müdir təyin olunmuşamsa bu borc mənimdir” Lakin Natik müəllim verdiyi sözü yerinə yetirmir. Deyir ki, “Elşad Quliyevin zamanında kombinatın sizə olan borcu mənlik deyil” Bu necə ola bilər? Mən Elşad Quliyevin dədəsinin həyətində işləməmişəm ki, gedib pulumuda ondan tələb edim. Gülbaxt Tikinti Kombinatında işləmişəm. Həmin kombinatda mənə borcludur. Natik müəllim müdir təyin olundan kombinatı şəxsi mülkiyyətinə çevirərək idarə edir. O kombinata rəhbər gətirilən gündən kombinatda narazılıqların sayı hesabı yoxdur.

Bütün bunlarla bağlı aidiyyatı üzrə dövlət orqanlarına və Sizə rəsmi şəkildə ərizə yazaraq müraciət etmişəm. Mənim bu müraciətlərim hamısı baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Mənim bu müraciətlərimdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri üzrə İdarəsinə dəvət olundum. Müraciətimi araşdıran idarənin Heydər adlı müfəttişi mənim izahatımı aldıqdan sonra mənə köməklik etmək əvəzinə müxtəlif bəhanələr uydurmağa başladı.Əvvəl bəhanə etdi ki, müraciəti gec etdiyinə görə köməklik edə bilməyəcəyik. Lakin mən ona əvvəllər etdiyim ərizəmi göstərəndə başladı yeni uydrmalar etməyə. Qısası sonda mənə açıq-aydın dedi ki, bizim “Gülbaxt Tikinti Kombinatı” MMC-nin direktoruna gücümüz çatmır. Dəfələrlə xəbərdarlıq və cərimələr etsəkdə Sizin pulunuzu ödəmirlər. Daha biz heç nə edə bilmərik. Gedin verin məhkəməyə.

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tələblərinin əməl olunmasına nəzarəti həyata keçirdən icra hakimiyyəti orqanıdır. Əmək Müfəttişliyi Xidməti vəzifəsini yerinə yetirərkən əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri inzibati qaydada məsuliyyətə cəlb etməli və lazım gəldikdə məsuliyyətə cəlb olunması üçün digər dövlət orqanları qarşısında məsələ qaldırmalıdır. Lakin Dövlət Əmək Müfətişliyi Xidmətinin Bakı şəhəri İdarəsi xəbərdarlıq və cərimə etməklə öz vəzifəsinin bitmiş hesab edir. Bu orqanın vəzifəsi qanuna nəzarət etməkdir. Amma təssüf ki, əmək müfəttişliyi öz vəzifəsinin öhdəsindən gələ bilmir. Öz vəzifəsinin öhdəsindən gələ bilməyən bir orqana nə ehtiyac var? Həmin orqanın yüzlərlə işçisi bizim ödədiyimiz vergi hesabına maaş alırlar. Nəyə görə?

Hörmətli cənab Prezident, cənab Sahil Babayev, cənab Fuad Heydərov!
Mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, iki uşağım ali məktəbdə ödənişli təhsil alırlar. Həmin övladlarımın ödənişini edə bilmirəm. “Gülbaxt Tikinti Kombinatı” MMC-nin rəhbərliyidə mənim məzuniyyət pulumu və ödənilməyən aylıq əmək haqqı pulumu mənə ödəmək istəmirlər. Artıq onların yalançı vədlərinədə inanmıram. Çünki il yarımdır onlar yalnız məni yola verirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhəri İdarəsidə iş görmək qabiliyyətində deyil. Ancaq belə problemləri həll etmək əvəzinə şikayətçilərin hərəsini bir bəhanə ilə yola verirlər.Ona görədə sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və işlədiyim müddətdə istifadə etmədiyim məzuniyyət pulunu və mənə ödənilməyən aylıq əmək haqqı pulunu “Gülbaxt Tikinti Kombinatı” MMC-dən alınaraq mənə ödənilməsinə köməklik göstərəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi