azia.az
azia.az

SON DƏQİQƏ! Azərbaycanda güclü qar yağdı: Yol bağlandı - FOTO

9-03-2021, 04:00


Göygöldə yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
SON DƏQİQƏ! Azərbaycanda güclü qar yağdı: Yol bağlandı - FOTO
Azia.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.

"Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafəsi, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər", - deyə məlumatda qeyd olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi