Tovuzla sərhəddə 15 erməni zəhərləndi
Ermənistanın Tavuş vilayətində içməli sudan kütləvi zəhərlənmə olub.![]()
Azia.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, 15 nəfər zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib. Onların 11-i uşaq və yeniyetmədir.
Bildirilib ki, zəhərlənənlər Cucevan, Koti, Bağanis, Voskevan və Koxb kəndlərinin sakinləridir. Onlarda zəhərlənmə və bağırsaq pozğunluğu simptomları olub.
Hazırda zəhərlənənlərdən 8-i evə buraxılıb, qalanların isə vəziyyəti kafi qiymətləndirilir. (Axar.az)