azia.az
azia.az

"Axı, bu gün Ramiz Mehdiyev də yoxdur?!" - ETİRAZ

24-12-2020, 13:14

"Axı, bu gün Ramiz Mehdiyev də yoxdur?!" - ETİRAZ
Tərtər rayonunun qalmaqallı icra başçısı hələ də öz işinin başındadır. Ərköyün və mağmun məmurlardan olan, vaxtilə hamiliyinə arxalandığı Gəncə "xanı" Elmar Vəliyevin yolunu gedən Müstəqim Məmmədovu indi hamı tənqid etsə də, toxunulmazlığı xeyli maraq doğurur.
"Demokratik.Az" bildirir ki, icra başçısı barədə tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesablarında bunları yazıb:
"Tərtərin İcra başçısı Müstəqim Məmmədovun özbaşnalıqları haqqında elə bu səhifədə bir neçə material paylaşıb. Həmin yazılarda rayona ayrılmış milyonların mənimsənilməsindən tutmuş, sahibkarlara qan uddurmasına qədər çoxlu sayda qanunsuzluqlar var idi. Hər bir material nəinki onun vəifəsindən azad edilməsinə, dərhal həbsinə də kifayət edərdi. Ancaq bu günə qədər də bu məmur əhaliyə saymamazlığını davam etdirir və ona qaşın üstə gözün var deyən yoxdur.
Bu gün onun şəhid anasına olan təhqiri isə bütün əndazələri aşır. Mənə çox maraqlıdır hansı sehrli şəxs bu məmurun arxasında dayanır. Doğrudanmı Prezidentin ətrafında olan məmurların M.Məmmədovun özbaşnalıqlarından xəbərləri yoxdur? Axı, bu gün Ramiz Mehdiyev də yoxdur?!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi