azia.az
azia.az

Qarabağ separatçılarının keçmiş lideri ağladı-MƏĞLUBİYYƏTİN ETİRAFI

1-11-2020, 15:57

Qarabağ separatçılarının keçmiş lideri ağladı-MƏĞLUBİYYƏTİN ETİRAFI
“Bako Saakyanı ağlayan gördüm”.
Qarabağ separatçılarının keçmiş lideri ağladı-MƏĞLUBİYYƏTİN ETİRAFI
Bunu 90-cı illərin Qarabağ canilərindən olan Şahe Acemyan deyib.

O “Facebook” səhifəsində yazıb: “Cəbhəyə yola düşməmişdən öncə Xankəndində kilsədə dua edirdik. Kilsədə şam yandırarkən birdən həyəcan siqnalı çalındı, şəhərdə partlayışlar eşitdik və hamı dağılışdı. Kilsədən çıxanda keçmiş “prezident”, komandirim Bako Saakyanın həyətdəki skamyada oturduğunu gördüm. Gözlərinə baxaraq yaxınlaşdım. Saakyanın həyəcanlı, yaşla dolu gözlərini gördüm”.
Azvision.az xatırladır ki, Şahe Acemyan 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçudur. 1992-1994-cü illərdə Qarabağ müharibəsində xüsusi fəallıq göstərib və "Xaçlılar" dəstəsinin komandiri Qaro Kaxkeçyanın ən yaxın adamı olub. Hazırda İrəvanda yaşayan Acemyanın əli bir çox günahsız azərbaycanlının qanına batıb. O, aktiv şəkildə həm virtual aləmdə, həm də real həyatda anti-Azərbaycan təbliğatı aparır.Qarabağ separatçılarının keçmiş lideri ağladı-MƏĞLUBİYYƏTİN ETİRAFI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi