azia.az
azia.az

Şişirdilmiş BÜROKRATİK APARAT: - “Azərbaycan məmur sayına görə dünyada ilk yerlərdən birini tutur”

1-09-2020, 10:59


Şişirdilmiş BÜROKRATİK APARAT:
“Bələdiyyələr dövlətdən maliyyələşsə də, fəaliyyətləri torpaq satışından o yana keçmir”.
Şişirdilmiş BÜROKRATİK APARAT: - “Azərbaycan məmur sayına görə dünyada ilk yerlərdən birini tutur”
Bu fikirləri Yenicag.az-a açıqlamasında dövlət qurumlarında idarəetmənin vəziyyətini dəyərləndirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov deyib.

Asif İbrahimov qeyd edib ki, hazırda bir-birinin funksiyasını təkrarlayan və ya oxşar fəaliyyətləri həyata keçirən dövlət qurumları mövcuddur.

Ona görə də, təşkilati strukturun yenidən gözdən keçirilməsinə və idarəetmənin optimallaşdırılmasına yönəlik qərarların qəbuluna ehtiyac var:

“İdarəetmədə belə bir ifadə var ki, “Ölçə bilmədiyin heç nəyi idarə edə bilməzsən”. Ölkəmizdə ümumi idarəetmədə ciddi problemlər var. Heç təsadüfi deyil ki, ölkə başçısı da dövlət şirkətlərinin hər ili zərərlə başa vurmaları məsələsinə toxunub.

Həqiqətən də, dövlət qurumlarında köklü islahatların aparılması şərtdir. Azərbaycan dünyada ən çox məmur sayına malik olan ölkələrdən biridir. Bu baxımdan, dövlət qurumlarının fəaliyyətini qiymətləndirmək üçün uyğun indikatorların hazırlanması da önəmlidir.

Həyata keçirilməsi vacib olan addımlar sırasında icra hakimiyyətlərinin ləğvi öndə gəlir. Bu istiqamətdə yeni idarəetmə modeli tətbiq edilməlidir. Eyni zamanda, bələdiyyələrin səlahiyyəti artırılmalıdır.

Bələdiyyələr dövlətdən maliyyələşsə də, fəaliyyətləri torpaq satışından o yana keçmir. Bu istiqamətdə Türkiyə modelini daha uğurlu hesab edirəm. Yerli icra orqanlarının dövlət büdcəsindən maliyyələşməsinə son qoyulmalıdır.

Bələdiyyələr özlərini təmin etməli, fəaliyyət göstərdikləri inzibati ərazilərdə biznes mühitinin, turizmin inkişafına səy göstərməli, yerli və beynəlxalq investorlar üçün cəlbedici mühit yaratmalıdırlar. Əgər iqtisadi inkişaf istəyiriksə, hökumət öz təşkilati strukturunu yenidən gözdən keçirməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi