Hacı Bakir büdcəni dağıdanlardan yazdı
Hacı Bakir sosial şəbəkə səhifəsində büdcəni talan edənlərin əməllərini tutarlı dəlillərlə ifşa etdi. Yazını olduğu kimi dərc edirik.
2020-ci il dövlət büdcəsinin zərfində seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsaitin ayrılması nəzərdə tutulub. 2020-ci ildə yalnız növbədənkənar parlament seçkiləri olduğu üçün deməli həmin vəsaiti MSK DSK-lara artıq ayırıb. Xətai rayonunda iki – 33 və 35 saylı DSK-ların nəticələri tam, 34 saylı DSK-da isə 7 məntəqənin nəticələri ləğv edildi. Sadə riyazi hesablama aparaq.
51.385.874 azn : 125 dairə = 411.086.992 azn (1 DSK üçün ayrılan vəsait)
411.086.992 azn X 2 DSK = 822.173.984 azn
34 saylı DSK-nın 36 məntəqəsindən 7-si
411.086.992 : 36 = 11.419.083 X 7 = 79.933.581
822.173.984 azn + 79.933.581 azn = 902.107.565 azn
Bu Xətai rayonu 33 və 35 saylı DSK-ların və və 34 saylı DSK-nın 7 məntəqə sədrlərinin dövlətə vurduqları ziyanın cəmidir. Kifayət qədər böyük rəqəmdir. Bu şəxslər isə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və 35 saylı DSK-nın sədri, 257 nömrəli məktəbin direktoru Qarat Qaratovdur. Onlar hələdə nəinki azadlıqda, hətta vəzifələrinin də başındadırlar. Digərlərinin də şəkillərini təqdim edəcəm.