Ramil Göyüşovun seçki qərargahı video yaydı – Qazaxda seçkilərə necə müdaxilə edilir?
107 saylı Qazax Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Ramil Göyüşovun seçki qərargahı təbliğat-təşviqat kampaniyasının yekununda video yayıb. Həmçinin, namizəd özü seçicilərinə müraciət edib. Videomaterialda seçki kampaniyası dövründə yerli icra hakimiyyətinin seçkilərə müdaxilə faktları təqdim olunur. R. Göyüşovun nümayəndələri seçki pozuntuları barədə ətraflı məlumat verirlər. Daha sonra namizəd Qazax rayonun icra başçısının seçkiyə müdaxiləsi haqqında danışır və onun əməlləri ilə bağlı Respublika Prokurorluğuna məlumat verdiyini açıqlayıb, barəsində qanuna uyğun ölçü götürüləcəyinə inandığını bildirib. Ramil Göyüşov bütün qanunsuzluqlara rəğmən seçiciləri seçkidə aktiv iştirak etməyə çağırıb.