91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizəd Məmmədova Aynur Tofiq qızı tərəfindən VİDEO MÜRACİƏT
91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizəd Məmmədova Aynur Tofiq qızı tərəfindən
VİDEO MÜRACİƏT
Hörmətli İlham Əliyev cənabları !
Mən paralimpiyaçı taekvondo üzrə üç qat dünya, 4 qat avropa çempionu, əməkdar idman ustası, tərəqqi medalının sahibi, əlillyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri Aynur Məmmədova. Mən Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşam.Sizin islahatlara çağrışınızdan ruhlanıb 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliymi verdim.Bundan sonra təbliğatımı aparmaq üçün Ucarın kənd və şəhərində küçə-küçə, ev-ev gəzig seçicilərlə görüşdüm.İnsanların məni dəstəkləməsindən təşvişə düşən rayon rəhbərliyi saxtakarlığa start verdilər.Ucarda heç kəsin tanımadığı Ramil Həsənin görüşlərinə idarə və təşkilatlarda işləyən işçiləri zorla gətirib zalllara doldurub şəkil çəkdirib paylaşım etməklər süni görüntülər yaradılır, seçkinin nəticəsi bilinmədən Ramil Həsəni deputat kimi təbrik edirlər.Orta məktəb müəllimlərini, idarə və müəssisələrdə çalışan insanları Ramil Həsənə səs verməyə məcbur edirlər, əks halda işdən qovulacaqları ilə hədələyirlər.Həttda həyasızlıq edərək ötən il orta məktəbi bitirən hazırda 18 yaşı tamam olmuş şəxsləri keçmiş müəllimləri vasitəsi ilə Ramil Həsənliyə səs verməyə təhrik edirlər.İcra hakimiyyətinin tabeçiliyində olan bütün vəzifəli şəxslər ev-ev düşüb rayon sakinlərini Ramil Həsənə səs verməyə təhrik edirlər.
Salah Salahov adına Qazıqumlaq kənd tam orta məktəbin direktoru Rəhm Rəhimov və həmin kəndin icra nümayəndəsi Mehman Məmmədov kənd sakinlərinə deyiblər ki, namizəd Aynur Məmmədovanın bir əli yoxdur o sizə necə kömək edə bilər, ondan millət vəkili ola bilməz.
Bu söz bütün əlillərə qarşı təhqqirdir.
Hörmətli Prezident siz çıxşlarınızda vurğulamısınız ki, əlilliyi olan insanlarla, sağlam insanlara heç bir fərq qoyulmamalıdır.Fakt budur ki, Ucar rayon sakinləri Ramil Həsənə səs vermək istəmirlər.
Sizdən xahiş edirəm seçki saxtarkarlığı ilə məşğul olan vəzifəli şəxslərin barəsidnə ciddi tədbirlər görəsiniz.
Əlaqə telefonu;(050) 399-11-12