Deputatlığa namizəd Səməd Vəkilov izdihamlı görüş keçirdi – FOTOLAR
Deputatlığa namizəd Səməd Vəkilov 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüş keçirib.Aktor.Az xəbər verir ki, görüş H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində baş tutub.
Görüşdə ilk çıxış edən Respublikanın əməkdar artisti, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Az TV) qocaman diktoru Eldost Bayramov Səməd Vəkilovun fərdi xüsusiyyətlərindən, peşəkar hüquqşünas kimi onun humanist keyfiyyətlərindən bəhs edib, həyat və fəaliyyətindən danışıb, görüş iştirakçılarını fəal olmağa çağırıb.
Seçki platformasını təqdim edən Səməd Vəkiliov ərazidəki problemli məsələlərin həlli yollarını, həmçinin qanunla tənzimlənəcək məqamlardan ətraflı söz açıb.Onun sözlərinə görə, bu vaxta qədər qanunvericilik təşşəbüsləri, infrastruktur layihələri, qanunsuz tikililər və ünvansız küçələr, uşqalar və gənclər üçün infrastruktur layihələri, ünvanlı sosial yardım, müharibə iştirakçıları və veteranları ilə bağlı layihələr,qəsəbə daxili yolların təmiri, habelə işsizlik problemləri ilə bağlı ayrı-ayrı konseptual təkliflər hazırlayıb.
S.Vəkilov onu da qeyd edib ki, bəzi şəxslər seçkinin taleyinin artıq həll edildiyini deməklə yaradılmış münbit seçki mühitinə kölgə salmaq istəyirlər, bu marafonda olan fəallığı azaltmaqla öz məqsədlərinə çatmaq üçün şayiələr yayırlar.Bu, birmənalı olaraq Azərbaycanda dövlət tərəfindən həyata keçirilən islahat siyasətinə kölkə salmaqdır.
Namizəd ərazidəki problemləri bu cür xatrıladıb:“Mən bu ərazinin problemlərini yaxşı bilirəm, çünki bu ərazidə yaşayıram. Biz 25 il əvvəl ləğv edilmiş Gülçülük, Bolqarıstan, Zəfəran sovxozları ərazisində yaşayan on minlərlə sakin sosial-iqtisadi və hüquqi problemlər yaşayırıq.Çünki ləğv edilən bu kollektiv təsərrüfatlarının yerində heç bir inzibati ərazi vahidləri yaradılmayıb.Bu isə ərazinin sosial-iqtisadi inkişafına mane olan əsas amilə çevrilib.Təəssüf ki, indiyə kimi bu məsələləri hökumət qarşsında qaldıran olmayıb”.
Səməd Vəkilov sonda vurğulayıb ki, hörmətli Prezident və Birinci Vitse-Prezident tərəfindən münbit seçki mühiti yaradılıb və seçkinin taleyini seçicilər həll edəcək!
Daha sonra professor Seyfəddin Rzasoy söz alıb.O, Səməd Vəkilovun daima xalqına xidmət etdiyini, öz millətinin təmənnasız vəkili və əsgəri olduğunu bildirib.Səməd Vəkilovun tanınmış bir nəslin nümayəndəsi olduğunu vurğulayan S.Rzasoy diqqətə çatdırıb ki, namizədin iki qardaşı Qarabağ müharibəsi veterenadır,özü isə ön cəbhədə – Lələ Təpədə hərbi xidmət keçib.
Tanınmış sosioloq, universitet müəllimi,politoloq və professor Əhməd Qəşəmoğlunun çıxışı da maraqla qarşılanıb.Ə.Qəşəmoğlu da namizədi uzun illərdir tanıdığını və saf-səmimi,sözünə bütöv bir insan olduğunu bildirib.Sonra söz Məşhur Bakı milyonçularından olan Dadaşovlar nəslinin nümayəndəsi Kəmalə Dadaşovaya verilib.O, yerli adam kimi, babalarının həmin ərazidə xidmətlərinin olmasını nümunələrlə əsaslandıraraq hamını S.Vəkilova səs verməyə dəvət edib.
Sonra söz tanınmış hərbi tədqiqatçı Şəmistan Nəzirliyə verilib.O, isə bir araşdırmaçı kimi Vəkilovların 200 ildən çox bir vaxtda Azərbaycan xalqına və dövlətinə xidmət etdiklərini xatırladıb.Seçiciləri Səməd Vəkilova səs verməyə çağırıb.Şair Fərman Borçalı da oxşar çıxış edib, Vəkilovların tanınmış bir nəsil olduğunu vurğulayıb, Səməd Vəkilovu deputatlığa layiq görüb və seçiciləri ona səs verməyə dəvət edib.
Daha sonra söz peyğmbər şəcərəsindən olan Şıxeyyub ocağının varisi Sona Qasımovaya verilib.O, bildirib ki, S.Vəkilov bu günə qədər xalqının vəkili olub və onlara təmənnasız xidmət göstərib.Onu saf, təmiz, sözünə bütöv bir insan kimi təqdim edib və seçiciləri S.Vəkilova səs verməyə dəvət edib.
Məruzəçilər arasında Türkiyəli qonaq, vəkil Yusif Erkelenin çıxışı böyük coşqu ilə qarşılanıb.Öncə xeyir- dua verən qonaq Türkiyə və Azərbaycan xalqlarının qardaşlığından danışıb.Hər iki qardaş ölkənin ali qanuverici orqanında hüquqşunasların təmsil olunmasının vacibliyini bildirən Y.Erkelen qeyd edib ki, S.Vəkilov zatən doğulandan elə vəkil soyadlıdır, qalır yalnız seçicilərin ona səs verməsi.Əlavə edib ki, deputat seçilməsindən asılı olmayaraq, bir hüquqşünas kimi, S.Vəkilov onların vəkili qismində qalacaq.
Xatırladaq ki, Səməd Vəkilovun görüşündə böyük seçici coşqusu müşahidə olunub.