azia.az
azia.az

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirildi

21-12-2019, 02:11

Yeni Azərbaycan Partiyası  Pirallahı rayon təşkilatında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirildi

23 dekabr 2019-cu il tarixində ölkəmizdə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirildi.
20 dekabr 2019-cu il tarixində Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Ölkəmizdə bu gün azad, ədalətli, demokratik və şəffaf seçkilər keçirilməsi üçün əlverişli mühit var. Azərbaycan ictimaiyyəti qarşıdan gələn seçkiləri səbirsizliklə gözləyir. Ölkədə kifayət qədər perspektivli gənclər var və biz də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı olaraq seçkilərə tam hazırıq deyə bildirdi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov, Gənclər Birliyinin İdarə Heyətinin üzvü Tosif Mahmudov çıxışlarında cəmiyyətin, millətin, dövlətin mövcudluğu, inkişafı və yaşamının gənclikdən asılı olmasını qeyd etdilər. O baxımdan da hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılı olması bildirildi. Azərbaycanda da gənclərin dövlətin gələcək həyatında müstəsna rola malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində məqsədyönlü siyasətin yürüdülməsi vurğulandı.
Sonda 23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkilərində partiya tərəfindən namizədliyi irəli sürülmüş Türkan Məmmədova, Möhübət Məhərrəmov, Bella Həsənova Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini qeyd edərək, seçiciləri partiya tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə səsverməyə dəvət etdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi