azia.az
azia.az

Beyləqan İcra Hakimiyyətində 80 yaşlı Ağdam qaçqını olan qadın döyülüb! - "Mən sadəcə yaşadığım daxmanın cari təmir olunmasını istəyirdim..." - Ölkə başçısına müraciət - FOTOLAR

5-08-2019, 17:33

Beyləqan İcra Hakimiyyətində 80 yaşlı Ağdam qaçqını olan qadın döyülüb! - "Mən sadəcə yaşadığım daxmanın cari təmir olunmasını istəyirdim..." - Ölkə başçısına müraciət - FOTOLAR
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Ağdam rayon Mərzili kəndindən olan məcburi köçkün Abdullayeva Zərqələm Cahangir qızı tərəfindən

Ərizə


Cənab prezident, mən 1993-cü ildən Beyləqan rayon Allahyarlı kəndində məskunlaşmışam. Hazırda 80 yaşım var və tək yaşayıram. Fin evi deyilən uçuq mənzilimdə qışda soyuq, yayda isə ilan və digər həşəratların qorxusundan yaşaya bilmirəm. Ona görə də günümü qonşularda, qohumların evində keçirir və hər gün Beyləqan rayon icra nümayəndələrinin gəlib vəziyyətim ilə maraqlanacağını gözləyirəm. Dəfələrlə həm Beyləqan, həm də Ağdam rayon icra hakimiyyətinə, rayonumuzun millət vəkilinə, eləcə də QAÇQINKOM-a müraciətlərim olub, amma hamısı cavabsız qalıb.
Hər dəfə evlər tikiləndə "siz də təmin olunacaqsınız", - deyirlər. Mən isə sadəcə yaşadığım daxmanın cari təmir olunması, artıq ötən il uçmuş dam örtüyü ilə yenilənməsindən savayı heç nə istəmirəm. Elə bu arzu ilə bu günlərdə yenidən Beyləqan rayon icra başçısının qəbuluna getdim. Asif Ağayevin qəbuluna düşmək istəsəm də, özünü icra başçısının müavini kimi təqdim edən Telman və İlqar adlı şəxslər polis zoru ilə məni binadan bayıra tulladılar.
Gözümü açanda icra hakimiyyətinin pilləkənlərində idim. Polisə tut qolundan çölə at əmrini verən məmur ermənidirsə, niyə mənim rayonumda rəhbərdir, azərbaycanlıdırsa, ona 80 yaşlı qadını döydürmək səlahiyyətini kim verib? Əgər belədirsə, nə sizdən ev, nə də bu viran komamın təmirini istəyirəm. Məni Ağdama, Mərzilimə göndərin. Mən orada quru torpağın üzərində də yaşayaram. Ən azından nə polisimin, məmurumun döydüyünə kədərlənərəm, nə də belə zarıncı, hər gün qaçqınlıq yaşamaram. Erməni canımı alar və mən də öz torpağımda ölüb, orada qurd-quşa yem olaram. Əgər rayonlara təyin etdiyiniz şəxslər sizin düşməninizdirsə, onlar çətin bizə dost olarlar. Sizdən son xahişim budur ki, məni torpağıma qaytarın.
Hörmətlə: Zərqələm Abdullayeva
(0514381435)

Mediapress.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi