azia.az
azia.az

“Azərsu” sədrinin oğlunun şirkəti 500 ağacı dibindən çıxartdırdı :ETSN niyə susur-FOTOLAR

19-10-2017, 11:05

Bir müddət paytaxtın Nizami rayonu ərazisində “Karvan-K” İstehsalat Kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif növlü (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldı.
Faktla bağlı cinayət işi başlandı. Ağac kəsən şəxslərə Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən qanunsuz ağac kəsmə küllli miqdarda ziyan vurmaqla törədildikdə), V.Şirinova isə həmin məcəllənin 259.3-cü maddəsi ilə yanaşı, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi.
Bakıda 9 ağaca görə cinayət işi açılır. Ancaq rayonlarda bütöv meşə sahəsi qırılır, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən səs çıxmır .
Obyektiv.org-a verilən məlumata görə Haramı düzündə məskunlaşmış məcburi köçkünlər 20 il ərzində burada xeyli ağac əkiblər.
Ancaq bu yaxınlarda 500-dək meyvə ağacı “Natural Aqro” MMC-tərəfindən kökündən çıxarılaraq məhv edilib, yerində əkin salınıb. Etiraz edən məcburi köçkünlərə hədə-qorxu gəlinib.
Qeyd edək ki, “Natural Aqro” MMC-nin təsisçiləri Azərsu Asc-nin sədri Qorxmaz Hüsynovun oğlu Ayaz Hüseynov və Natiq Quliev adlı şəxsdir.
“Azərsu” sədrinin oğlunun şirkəti 500 ağacı dibindən çıxartdırdı :ETSN niyə susur-FOTOLAR
“Azərsu” sədrinin oğlunun şirkəti 500 ağacı dibindən çıxartdırdı :ETSN niyə susur-FOTOLAR
“Azərsu” sədrinin oğlunun şirkəti 500 ağacı dibindən çıxartdırdı :ETSN niyə susur-FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi