Ərəbcəbirili kənd sakini Xasıyev Əziz Sadəddin oğlu dəhşətli video göndərdi- İCRA NÜMAYƏNDƏSİ...
Şikayəti olduğu kimi təqdim edirik.
Göyçay rayon, Ərəbcəbirili kənd sakini Xasıyev Əziz Sadəddin oğlu tərəfindən
ŞİKAYƏT
Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki, Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimov 31 iyul 2024-cü il tarixdə məni nalayiq sözlərlə söyüb təhqir etdi. Səbəb isə o olub ki, atam Sadəddin Xasiyev 11 iyul 2024-cü il tarixdə yağan yağışlar nəticəsində evimizin su basması, yolun dağılaraq bərbad vəziyyətə düşməsi barədə mətbuat vasitəsi ilə şikayətlər etmişdir. Buna görə atam dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Natiq Ağayevə və Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimova qəbullarda olaraq şifahi müraciətlər edib.
Tədbir görülmədiyi üçün atam mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və digər aidiyyatı qurumlara müraciət ünvanlayıb.
Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimov 31 iiyul 2024-cü il tarixdə günün ikinci yarsı bizim yaşadığımız küçəyə gələrək heç bir əsas olmadan anamın, ailəmin və uşaqlarımın gözü qarşısında məni söyüb təhqir etdi. Dövlət qulluqçusu olan Nazim Həşimovun məni söyüb təhqir etməsi faktını video lentə almışam ki, Sizə təqdim edirəm.Nazim Həşimovun söyüşlərinin burada ifadə edilməsi qeyri mümkündür.Bu hərəkətlərinə görə icra nümayəndəsi Nazim Həşimov məsuliyyətə cəlb edilməli barəsində təsirli tədbirlər görülməlidr.
Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə əsasən hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm 31 iyul 2024-cü il tarixdə məni söyüb-təhqir etdiyi üçün Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimovun məsuliyyətinə cəlb edilməsi üçün qanuna müvafiq tədbirlər görəsiniz.