azia.az
azia.az

İcra başçısı və müavinləri ərazini iş adamına satıblar - İsmayıllıda yaylaq “alveri”

14-09-2023, 07:56


Ağsu rayonu Ərəbuşağı kənd sakini Azər Mürsəlovun 22 ildir istifadə etdiyi, heyvanlarını apardığı yaylaq torpaqları əlindən alınıb.

 

Bu barədə Bakupost.az –a şikayət edən 66 yaşlı kənd sakini deyir ki, həmin ərazini icra başçısı Nahid Bağırov və müavinləri iş adamına veriblər:

 

“Şamaxı rayonun Dəmirçi kəndi yaxınlığındakı yaylaq torpağı mənim 22 ildir, getdiyim ərazidir. Hər il yüzlərlə heyvanımı oraya aparmışam.


İsmayıllıda Göyüşov Ədalət deyilən iş adamı var. Həmin adamın “əli uzundur”, sözü hər yerdə keçir. İcra başçısından xahiş edib, sözü keçib, nə edib bilmirəm, həmin ərazi verilib ona.


İcra başçısının qəbulunda da olmuşam. O da mənə dedi ki, ağsaqqal, sizin haqqınızda informasiya çatıb. Yoldaşlarla məsləhətləşib çalışarıq yaylağa geri qaytaraq.


Daha sonra həmin əraziyə getdim. Ədalət Göyüşovun qardaşı İsmayıllı icra başçısının müavini Şahin müəllim, polis kapitanı Rəhim Bədəlov gəldilər məni qorxutdular. Dedilər, qanunsuz gəlmisən 4 il həbs, 8 min cərimə olunacaqsız.


Məcburi heyvanlarımı çıxartdılar. Xeyli heyvanım tələf oldu.


22 ildir mənim qoyunum yaylağa gedib, aranda qalıb. Bu il mənim nə qədər heyvanım qırıldı, xəstəliyə düşdü”.

A.Mürsəlov bildirib ki, dəfələrlə icra hakimiyyətində qəbulda olub, amma heç bir kömək edilməyib:


“Avqust ayında 5 dəfə icra hakimiyyətində oldum. Heç kim qəbul etmədi.

 

Mən Prezident İlham Əliyevə, Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə də məktub göndərdim.


Prezident aparatında qəbul şöbəsində də oldum. Ağali Əhmədov məni qəbul etdi. Orada telefonla başçının müavini Mahmud müəllimə zəng etdi ki, bu ağsaqqalın məsələsini həll edin.
Ayın 3-ü Mahmud müəllimlə, Şahin müəllim məni qəbul etdi. Dedilər ki, həmin ərazini Ədalət Göyüşova vermişik. Sənə başqa yerdən ərazi verəcəyik. Məni aldatdılar. Olmazın zülmünü etdilər. Ədalət Göyüşüovun puluna görə 22 illik yay otlaq sahəmi ona veriblər.


İsmayıllı rayonu son zamanlar yaylaq alveri ilə məşğuldur. Yandakı ərazilərdə heyvan olmur, amma arendaya verib pulunu icra başçısı ilə bölüşürlər.


Nahid Bağırovun görüşündə oldum, məni başa saldı, dedi ki, qaytaracağıq. Sonradan müavinlər Şahin, Eyyub müəllim Ədalətin puluna görə məni tapdalıyırlar. Günahım varsa, məsuliyyətə cəlb etsinlər.


22 ildir oraya gedib-gəlirəm. Ədalət Göyüşovun sözü ilə ərazini əlimdən alıblar.


Məndə olan məlumnata görə, həmin ərazidə fövqəladə tikinti ilə məşğuldurlar”.


Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, cavab olmadı.

 





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi