azia.az
azia.az

Gədəbəydə satışa çıxarılan kəndinin sakinləri qış aylarında evlərini qoyub bu rayona köçürlər-DƏHŞƏT

28-03-2023, 08:15

Bununla bağlı Oxu.Az-a sözügedən kəndin icra nümayəndəsi Məhəd Tağıyev məlumat verib. O qeyd edib ki, kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar və demək olar, hər bir ailənin Şəmkirdə də evi var: 

“Qış aylarında kənddə hava çox sərt keçir. Əhali buna görə qışlaq olaraq Şəmkir rayonunu seçib və oktyabr ayının sonundan etibarən ora köçməyə başlayır. Aprelin əvvəlində isə qayıdıb, Gədəbəyə gəlirlər. Hazırda kənddə 48 ailə məskunlaşıb, onların böyük bir qismi dolanmaq üçün Şəmkirə köçüb. Kəndimizdə cəmi bir neçə ailə qışda qalmağı üstün tutur”.

İcra nümayəndəsi deyir ki, paylaşılan video həqiqəti əks etdirmir:

“Sosial şəbəkələrdə paylaşılan həmin videonu biz də izləmişik. Onu videoda əks olunan kənd sakini Eyvaz kişinin bacısı oğlu çəkib. Eyvaz kişinin özünün də Şəmkirdə evi var. Əslində qohumu məhz həmin evin satışı üçün elan paylaşmaq niyyəti ilə kəndə gəlibmiş. Biz onunla söhbət etdik, bacısı oğlunun səhv addım atdığını, diqqət çəkmək üçün belə etdiyini və üzr istəməyə hazırlaşdığını söyləyib. Yəqin ki, yaxın zamanda onun kəndin satılması ilə bağlı xəbəri təkzib etdiyini izləyəcəyik”.  
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan videoda Gədəbəydə yerləşən kəndlərin birində bütün evlərin satışa çıxarıldığı iddia edilib. Videoda əks olunan kənd sakinin sözlərinə görə, evlər 1000-3000 manat aralığında satışa çıxarılıb.

Həmin görüntüləri təqdim edirik:

Aysel Aslan 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi