Bərdədə məmurlar üç ailəni məhv edir: “Çayxana binasında soyuqdan qırılırıq”
Bərdənin Zöhrabbəyov küçəsindəki çayxana binasına sığınmış üç ailə soyuqdan donur
Sakinlərin sözlərinə görə, 23 ildir qaz üzünə həsrət qalıblar.
Onlar Bərdə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət etsələr də, nəticəsiz qalıb. Müraciətdə deyilir ki, rayonda ağalıq edən Elbrus Ağayev Bərdə Qaz İstismar İdarəsinə bu üç ailəni qazla təchiz etməməyi tapşırıb.
Bildirib ki, onları Bərdədə salınmış iki qəsəbəyə köçürəcək. Amma indiyə qədər heç bir tədbir görülməyib.
Tərtər Regional Qaz İdarəsi də binaya baxış keçirib və qeyri-qanuni yaşayış olduğu üçün sakinlər qeydiyyata alınmayıb. E.Abbasov qışın sazağında üç ailəni girov saxlayır və insanlar soyuqdan qırılır.
“Bizim bütün dövlət prqanlarına məktublarımız var. Amma heç kəs əhəmiyyət vermir. Biz bu ölkənin vətəndaşı deyilik? Dünyaya qaz satan ölkənin vətəndaşları isə soyuqdan buz bağlayıb.
Bizim çayxana binasında yaşamağımız da dövlət məmurlarının vecinə deyil. Nəhayət, Mehriban xanıma müraciətdən sonra Bərdə icra hakimiyyətinə tapşırıq verildi.
Lakin icra hakiminin müavini Vahid Qarayev dedi ki, Elbrus Abbasova söz deyə bilməz. Daxili İşlər Nazirliyindən Bərdə polisinə də tapşırıq verilib ki, tədbir görülsün.
Məndən izahat alınsa da, Elbrus Abbasovdan alınmayıb, süründürməçilik, özbaşınalıq davam edir. 10 nəfərlik üç ailə soyuqdan donur. Bina nəmişlikdən uçub tökülür, bizə kömək edin”.Regionxeberleri.com//