AMİP-çi İlham Səfərov başına gətirilən oyunlarla bağlı Mərdan Canalovdan qisas alır - İDDİA
AMİP-çi İlham Səfərov başına gətirilən oyunlarla bağlı Mərdan Canalovdan qisas alır - İDDİA
Şirvanda yeni qalmaqal yaranıb. İlham Səfərov bələdiyyə sədri ola bilməyədiyi üçün Şirvanın keçmiş icra başçısı Mərdan Camalovdan qisas alacağı məlumatı ortalığı qarışdırıb.
Daha doğrusu Mərdan Camalovun geridə buraxdığı siyasi-ictimai miras şəhərdə gərginliklər və həbslərə yol açması, Səfərovun dili ilə desək "bir çox məmurların evini yıxıb".
Beləki, Aqil Vəliyevin “300 plastik kart işi” Qeyd edək ki, bir müddət əvvəl Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyevin 300 plastik kartla həbs edilməsi ilə bağlı məlumat yaymışdı. Həmin həbsdən sonra Şirvanda bir çox məsələlər bir-birinə qarışdı və bir çoxlarının cinayət məsuliyyətinə cəlb olunması da istisna olunmurdu. Həmin şəxslər arasında isə Şirvan Olimpiya Kompleksinin müdiri, Şirvan bələdiyyəsinin üzvü İlham Səfərovun, 46 saylı Şirvan Şəhər DSK-nın sədri Taleh Ağayevin və hazırda Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun və uzun sürən xəstəlikdən dünyasını dəyişən Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyevin adları çəkilir. Xatırladaq ki, Zərdab rayon icra başçısı Mərdan Camalovun və Şirvan İcra Hakimiyytəinin birinci müavini Sabid Abıyevin Aqil Vəliyevin cinayət işi ilə bağlı istintaqa çağırılaraq izahat alınması barədə məlumatlar yayıldı. Eyni zamanda Şirvandakı mənbələr onu da vurğulayır ki, Aqil Vəliyevin cinayət işinə görə İlham Səfərovun və Taleh Ağayevin məsuliyyətə cəlb olunması ehtimallar içində idi.
Şirvandan aldığımız məlumata görə Mərdan Camalovun ətrafında qalmaqallar bununla bitmir. Beləki, daha böyük qalmaqla səbəb olan, məlum fotonun yayılması gündəm partlayışı yaratdı
Bir şəkilin yaratdığı bumeranq effekti Bələdiyyə seçkiləri prossesində Şirvanda hamı Şirvan Olimpiya Kompleksinin müdiri, keçmiş AMİP-çi İlham Səfərovun Şirvan şəhər bələdiyyə sədri olacağından şübhə eləmirdi. Elə İlham Cəfərov da bələdiyyə sədri olacağından o qədər əmindi ki, özünü bələdiyyə sədri kimi aparırdı. İlham Səfərovda əminlik o qədər böyük olub ki, o, seçki prossesi gedə-gedə Şirvanda müxtəlif adamlara torpaq satmağa başlaayıb. Daha doğrusu adamlardan pul alıb və bələdiyyə sədri olan kimi həmin torpaqları onlara verəcəyi barədə söz verib. Həttda pulla tutduğu media nümayəndələri ilə işbirliyinə girərək Şirvanda bəzi məmurlardan danos belə verməkdən çəkinməyib.
Amma dövran necə dönübsə İlham Səfərov bələdiyyə sədri ola bilmədi. Bunun bir səbəbi Mərdan Camalovun Şirvandan getməsi olubsa, digər səbəbi isə İlham Səfərovun yeni icra baççısına qarşı təxribat hazırlaması və məntəqədə çəkilən bir şəkilin internet resurslara ötürməsi olub. Mənbə bildirir ki, həmin şəkili internet resurslara ötürən İlham Səfərov yeni başçının gəlməsi ilə bağlı Şirvanda bəzilərində yaranan şübhəni ortadan qaldırmağa çalışb və göstərmək istəyib ki, yeni başçı da onun bələdiyyə sədrliyini birmənalı olaraq dəctəkləyir. Lakin İlham Səfərovun bu taktikası bumeranq effekti doğurub və belə görünür ki, keçmiş AMİP-çi, indiki fəal YAP-çının karyerasına birdəfəlik son qoyub. Bələdiyyə sədri ola bilməyən İlham Səfərov və ortada gedən 50 min manat Şirvandan aldığımız məlumata görə hazırda torpaq almaq üçün İlaham Səfərova pul verənlər ondan pullarını geri istəyirlər. İlham Səfərov isə öz növbəsində həmin pulları Şirvan şəhər İcra Hakimiyyətinin I müavini olmuş Sabid Abıyevdən tələb edib. Sabid Abıyev isə Mərdan Camalovdan… Sual oluna bilər ki, bu məsələnin Sabid Abıyevə və Mərdan Camalova nə dəxli var? Bir neçə mənbədən əldə etiyimiz məlumatda iddia olunur ki, bələdiyyə sədri olmaq üçün Mərdan Camalov İlham Səfərovdan 100 min manat istəyib. Sabid Abıyevin aracılığı ilə aparılan danışıqlardan sonra məbləğ 80 minə endirilib və İlham Səfərov bu pulu toplamaq üçün işə başlayıb. Qeyd edək ki, bütün bunlar bir neçə mənbənin təsdiqlədiyi iddalardır. Hazırda isə Şirvanda yaranmış vəziyyət tragikomediyadır. Deyilənlərə görə. AMİP-çi İlham Səfərov başına gətirilən oyunlarla bağlı Mərdan Canalov və ətrafında qisas alır...
Istinad olunan mənbə bu linkdir:My Webpagerdı var
ixa.az