Hacı Zeynalabdin Tağıyev qəsəbə bələdiyyəsindəki bazar... - GİLEY
DİA.AZ: - Hacı Zeynalabdin Bələdiyyəsi ilə bağlı redaksiyamıza olduqca maraqlı ilginc bir məlumat daxil olub.
DİA.AZ bildirir ki, məlumatda əvvələrdə adını çox eşitdiyimiz, Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımovanın yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 aydan artıqdır ki, bələdiyyəyə rəhbərlik edən Qasımova tam bir nəzarətsizlik mühiti yaradıb.
Ölkə başçısı İlham Əliyev vətəndaşlarla etik davranış qaydalarının yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Qasımova bu tapşırıqları gözardı edir. Bununla yanaşı, bələdiyyədə bir məqam xüsusi ilə diqqəti çəkir. O da Bələdiyyənin sədrinin kim olmasıdır. Rəsmi olaraq Əsli Qasımovanın bələdiyyə sədrini təyin edildiyi dəqiqdir. Belə ki, Hacı Zeynalabdin Bələdiyyəsinin birinci iclasının 15 yanvar 2020-ci il tarixli 01 saylı protokolu ilə təqribən 35000 nəfər əhalisi olan qəsəbəyə bələdiyyə sədri təyin olunan Qasımova bələdiyyəni kargüzarı və baş mühasibinə həvalə edib. Onun kargüzarı və baş mühasibinin çıxardığları oyunlar isə tamam başqa təsəvvür yaradır.
Sakinlərdən biri vurğulayıb ki, bələdiyyə sədrinin əlaltısı referentı Jalə və baş mühasibi Teyyub Novruzov bələdiyyədə sözün həqiqi mənasında "hegemonluq edir". Bələdiyyənin baş mühasibi Teyyub qəsəbəki bütün qeydiyyatsız olan torpaqları qeydiyyata salınmasından pul yığır. Ona kimin gücü çatmır "rüşvət" verməyə, hər hansı bir bəhanə gətirərək onları "yola salır".
Qəsəbə sakini deyir ki, bələdiyyənin kargüzarı Jalə və təqaüdçü müfəttişi Tarıverdiyev Dadaşbala vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər: " Dadaşbala vətəndaşların canını boğaza yığıb. Qəsəbədə hamı Dadaşbala Tarıverdiyevi «100-lük Dadaş» və ya "köhnə qurd Dadaş"kimi tanıyırlar. Jalə isə idarəni uşaq bağçasına döndərib, hər gün özü ilə küçük qız övladını gətirir".
Adının çəkilməməsini xahiş edən mənbə Hacı Zeynalabdin Bələdiyyəsində dəfələrlə olduğunu vurğulayıb:
"Dəfələrlə bələdiyyənin sədri Əsli Qasımovanın qəbulunda olmaq istədim. Kargüzarı yerində olmadığını dedi. Bu günə kimi dəfələrlə onunla əlaqə saxlamaq istəmişəm. Amma Əsli Qasımovanı bir dəfə yerində tapa bilmirəm. Hər dəfə də kargüzarı bir bəhanə ilə məni başdan edir və ya yönəldir baş mühasib Teyyub Novruzovun üstünə. O isə mübahisəli torpaq problemini həll etmək qəti maraqlandırmır, mühasib yalnız asan yolla pul əldə etmək maraqlandırır. Görünür, ölkə başçısının apardığı islahatlar Əsli Qasımova, Jalə və Teyyub Novruzova hələ çatmayıb”.
Müraciətdə qəsəbədə sosial narazılıqların dözülməz həddə olduğu vurğulanmaqla yanaşı, bununla bağlı ölkə başçısına da müraciətin ünvanlanacağı istisna olunmur.