azia.az
azia.az

Bələdiyyə torpaqları hərraca çıxarılır - Qiymətlər

20-04-2025, 10:53

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 21 may tarixində torpaq hərracı keçirəcək.

Valyuta.az xəbər verir ki, hərracda olan torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı satışa çıxarılır.

Məlumata görə, hərraclar ƏMDX-nin Lənkəran, Cəlilabad, Şamaxı və Qəbələdə yerləşən ərazi şöbələrində olacaq. 

Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 8700 kv.m və 1000 kv.m, 1 ha - 9,21 ha arasında olan 12 torpaq sahəsi çıxarılacaq. 

Torpaq sahələri 196 min manatdan başlayan qiymətlə satışa çıxarılır. 

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Maya Hüseynova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi