azia.az
azia.az

Azərbaycandan "beyin axını” sürətlənir: Kadrlar ölkədən niyə qaçır?

30-08-2023, 09:08

"Biznes mühiti, iş sistemi, maaşların aşağı olması, bazarın kiçik olması Azərbaycandan xaricə "beyin axını”na təsir göstərən başlıca amillərdir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycandan xaricə "beyin axını”nın sürətlənməsini şərh edərkən deyib.

"Bu ölkəmiz üçün ciddi problemlərdən biridir. Son illər xaricdə təhsil almaq üçün gedən insanların sayında artım var. Amma məsələ ondadır ki, xaricdə təhsil alanların çox az hissəsi Azərbaycana qayıdır. Digər tərəfdən, ölkədə olan yaxşı mütəxəssislər də xarici ölkələrə üz tuturlar. Yəni, Azərbaycandan xaricə "beyin axını” güclüdür”, deyə ekspert vurğulayıb.

Natiq Cəfərli hesab edir ki, peşəkar mütəxəssislər ABŞ və Avropada daha yüksək maaş aldıqlarına görə, Azərbaycanda yox, həmin ölkələrdə işləməyə üstünlük verirlər:


"Yəni, daha yaxşı həyat səviyyəsinə görə peşəkar mütəxəssislərimiz xaricdə işləməyə üstünlük verirlər. Ona görə də bu insanları ölkədə saxlamaq çətindir. Azərbaycanda maaşların, əmək bazarının, gəlirlərin aşağı olması yaxşı təhsilli insanların ölkədə saxlanılmasını çətinləşdirir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi