azia.az
azia.az

DeputataTIN şirkətİNƏ 46 milyoluq tender verdi

2-02-2023, 16:28

"İcbari Sığorta" deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 45 855 968.2 AZN olan müqavilədə "Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avrpmed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. 

Kamran İskəndərovun haqqında açıq mənbələrdə yer alan məlumatlarda onun "Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işlədiyi qeyd edilir. O, ötən ilin fevralında "Avromed Company”nin baş direktoru vəzifəsinə təyin olunub. 

"Avromed Company” QAC-nin sahibinə gəlincə, mediada gedən məlumatlarda şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir. Deputatla bağlı biorafik məlumatlarda da onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı göstərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi