azia.az
azia.az

Ölən şəxslərin əmlaklarına qoyulan həbslər hara yönləndirilir? - VİDEO

5-11-2021, 08:08

Ölən şəxslərin əmlaklarına qoyulan həbslər hara yönləndirilir? - VİDEO
Son vaxtlarda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən korrupsiya və vəzifədən sui-istifadə etməklə bağlı bir sıra məmur və dövlət məmurları tutduqları vəzifədən azad edilib və həbs olunub. Bundan başqa, həmin şəxslərin əmlaklarına da həbs qoyuldu. Amma bunlardan bəziləri, məsələn Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov həbs cəzası bitməmiş vəfat etdilər.

Bu zaman ortaya belə bir sula çıxır. Bu şəxslərin əmlaklarına qoyulan qadağa, eləcə də borcları kim tərəfindən ödənilir və ya aqibəti necə olur?

Məsələni araşdırmaq üçün məhkəmə hakimlərinin ictimai birliyinə müraciət etdik.

Azia.az xəbər verir ki, qurumun mətbuat katibi Kəramət Əliyevin sözlərinə görə, keçmiş məmur və ya məmur olmayan şəxs, istintaq zamanı vəfat edərsə, həmin cinayət işinə xitam verilir. Bu zaman onun bütün mirası, eyni zamanda borclarının ödənilməsi mirası alan şəxsin üzərinə düşür: “Təqsirləndirilən şəxs vəfat etdikdə, cinayət təqibi orqanı 3 gün müddətində ölən şəxsin yaxın qohumlarına bildiriş göndərərək, onlar varis tanına bilmələrini izah edir. Qohumları əgər təqsirləndirilən şəxsin hüququ varisi olmaq istəyini bildirərlərsə onlar təqsirləndirilən şəxsin hüququ varisi kimi işə buraxılırlar”.

Kəramət Əliyevin sözlərinə görə, təqsirləndirilən şəxs vəfat edibsə və onun vərəsəsi 20 gün ərzində cinayət işinə gəlməyi qəbul etmirsə, o zaman cinayət işinə xitam verilir. Lakin vərəsələrə qalan mirasdan daha çox məbləğdə zərərçəkənlərə pul ödənilə bilməz.

Kəramət Əliyevin sözlərinə görə, keçmiş məmurlar adətən rüşvətlə bağlı cinayət məsuliyyətinə cəlb edilir. Burada isə zərərçəkəndən söhbət gedə bilməz. Çünki rüşvəti alan şəxs kimi, verən şəxsdə günahkar olduğundan, müsadirə olunan əmlak dövlətə qalmalıdır: ”Sadəcə olaraq zərərçəkmişlər deyir ki, bizim pulumuzu alıb, dəyən ziyan geri qaytarılsın. Əslində zərərçəkən özü də cinayət törədir. Bunun da özünün cəzaları var. Onlar cinayətə cəlb edilmir ona görə ki, cinayət maddəsinin bir hissəsində qeyd olunur ki, həmin şəxs könüllü bu barədə məlumat verdiyi üçün cinayətə cəlb olunmur”.

Bəs görəsən təqsirləndirilən şəxsin vərəsəsinə, zərərçəkənlərə ödəniləcək məbləğdən daha az dəyərdə əmlak qalırsa o zaman nə etməli?

“Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayevin sözlərinə görə, bu zaman vərəsənin onun adına mirasdan imtina etməyi tövsiyə olunur: ”Borc mirasdan çoxdursa, vərəsə mirasdan imtina edir və heç bir öhdəliyi yaranmır. Əgər qəbul edərsə, 1 milyon mirası qəbul edənin əlavə öhdəliyi olur”.

Şamil Paşayev deyir ki, bəzi sosial şəbəkələrdə belə bir informasiya var ki, təqsirləndirilən şəxslər öldükdən sonra onların məzarlarına həbs qoyulur. Lakin həmin şəxslər öldükdən sonra məzarlarına getməmək haqqında nə bir məhdudiyyət var, nə də bir qanun.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi