“Ded Xasan”ın qətlində iştirak edən cinayətkar qruplaşma lideri 25 il müddətinə azadlıqdan məhrum edilib
Moskva Şəhər Məhkəməsi “Taqanski” mütəşəkkil cinayətkar dəstənin lideri, kriminal dairələrdə “Jirnıy” kimi tanınan İqor Jirnokleyevi tanınmış kriminal avtoritet “Ded Hasan” (Aslan Usoyan) və vəkil Natalya Vavilinanın qətlini təşkil etməkdə təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib.
32gun.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilir ki, Jirnokleyev cəzasının ilk 12 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək. Həmçinin o, 4 milyon rubl məbləğində cərimə ödəməlidir. Bu hökmü hakim Andrey Suvorov elan edib.
Qeyd edək ki, daha əvvəl münsiflər heyəti Jirnokleyevi və daha doqquz dəstə üzvünü təqsirli bilən hökm çıxarmışdı. Cinayət işi 2021-ci ildən məhkəmədə baxılırdı.
Xatırladaq ki, keçmiş sovet məkanında və Qərbi Avropanın bir hissəsində böyük nüfuza malik kriminal avtoritet “Ded Hasan” 2013-cü ildə Moskvanın Povarskaya küçəsində yerləşən restorandan çıxarkən güllələnərək öldürülmüşdü.
Nilay