azia.az
azia.az

DİQQƏT: Kartofda zəhərli maddənin olduğunu necə bilmək olar?

4-05-2022, 08:18


Təhlükəli alkaloid kartofu zəhərləyən maddədir. Bu maddə insan orqanizmi üçün təhlükəlidir. Təəssüf ki, hazırda qida üçün yararlı hesab olunub, satışda olan kartofda da bu maddə var.
DİQQƏT: Kartofda zəhərli maddənin olduğunu necə bilmək olar?
Bakupost.az kartofda toksiki maddənin olmasını necə təyin etməyin yollarını təqdim edib.

Belə ki, kənd təsərrüfatı elmləri üzrə namizəd Stanislav Malçev kartofun zəhərli olub-olmadığını aydınlaşdırmaq üçün onu kəsəndə rənginə baxmağın vacib olduğunu deyib:

“Kartof düzgün şəraitdə saxlanılmadıqda onun içində mərkəzində toksiki maddə – alkaloid yığılır.

Kartofun nə qədər uzun saxlanma müddəti olsa da, onun da yararlıdıq dövrü var.

Əgər məhsul avqustun sonu yığılıbsa, o zaman aprelə kartof artıq köhnə hesab olunur. Kartof qaranlıq yerdə saxlanılıbsa, onun ancaq dad keyfiyyəti itir, əgər işıqlı, gün düşən yerdə qalıbsa, yanvar ayına kimi artıq bu kartofda toksiki maddə əmələ gəlir.

Əksər sortlar aprel-maya kimi qala bilir.

Yenə də saxlanma şəraitindən asılıdır. Əgər temperatur stabil olaraq 3-4 dərəcədə qalmayıbsa, yanvar ayına qədər bu kartof korlanacaq.

Kartof o halda təhlükəli olur ki, o işıqlı yerdə saxlanılıb. Bu zaman kartofun özəyi yaşıl rəng alır. Əgər belə yaşıllaşmna varsa, deməli onda gün işığının təsirindən xlorofil və təhlükəli alkaloid formalaşıb.

Belə kartofu almaq, yemək olmaz. Kartofu kəsib, təmizləyib, həmin yaşıl hissəni kəsib atmaqla toksiki zəhəri çıxarmaq praktiki olaraq, mümkün deyil. Yaşıl rəng almış kartofu soymağa, təmizləməyə, bişirməyə cəhd belə etməyin.

Qaynar suda belə bu maddə yoxa çıxmır. Bu kartof bütövlükdə atılmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi