azia.az
azia.az

Təhsil şöbəsinə 2019-cu ildə təyin edilən Zamiq Qurbanov hələ də Validə Həsənovanın təsiri altından çıxa bilmir.

1-10-2021, 21:29

 Təhsil şöbəsinə 2019-cu ildə təyin edilən Zamiq Qurbanov hələ də Validə Həsənovanın təsiri altından çıxa bilmir.
Zamiq Qurbanov Validə Həsənovanın kadrı olduğu üçün bir sözünü iki etmir. Hətta vakansiyada olan Cəbrayıl rayon məktəblərinə imtahan vermiş və imtahandan keçmiş şəxslər ilə Validə Həsənova əlaqə saxlayaraq onları seçdiyi məktəbə direktor təyin olunmasından imtina etməyi, gedəcəyi kollektivin yaxşı olmamasını əsas gətirərək məsləhət görmədiyini bildirir. Təbii ki, bu sifarişlər Zamiq Qurbanovdan gəlir. Belə məktəblərdən biri Bakı şəhərində yerləşən Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbidir. Kifayət qədər şagirdi olan bu məktəb uzun müddətdir direktorsuz fəaliyyət göstərir. Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov işini gücünü ataraq həftənin çox hissəsini bu məktəbdə keçirir. Halbuki o,Təhsil şöbəsinin inzibati binası Biləsuvar rayonu Cəbrayıl köçkünləri üçün salınmış qəsəbədə yerləşır və Bakı şəhərində rəsmi ünvanı var. Həftə ərzində 1,2 gün rayonda olur.Qalan günlərini qeyd olunan məktəbdə keçirir. Bununla da şöbə müdüri həmin məktəbi və Bakı şəhərində yerləşən digər Cəbrayıl məktəblərini nəzarətdə saxlaya bilir.Bakı şəhərində yaşayan hər hansı bir Cəbrayıl köçkünü təhsil ilə bağlı şöbə müdürünün qəbuluna düşmək istəsə belə ona Biləsuvar rayonu Cəbrayıl köçkünləri üçün salınmış qəsəbəyə gəlməsi deyilir.Bu da müraciət edən köçkünün xərc çəkərək yüzlərlə kilometr qət edib köçkün qəsəbəsinə getməsinə gətirib çıxarır.Ümumilikdə şöbə müdiri köçkünlər arasında olmaqdan xoşlanmır və günlərini yollarda keçirir.Biləsuvar rayonunda salınan Cəbrayıl məcburi köçkün qəsəbəsindən zəng edən məcburi köçkünə mən Bakıdayam,Bakıda yaşayan Cəbrayıldan olan məcburi köçkünə mən Biləsuvar rayonunda salınan Cəbrayıl məcburi köçkün qəsəbəsindəyəm deyərək günlərini yola verir.Özünü işguzar kimi göstərməyə çalışsada əslində elə deyil.İnadkarlığı,təcrübəsizliyi Zamiq Qurbanovu uçuruma aparır.Bütün qohum əqrəbəsini Cəbrayıl rayon orta məktəblərinə direktor yerləşdirərək özü üçün şəbəkə düzəldib. Hətta şöbə müdiri bu işləri maneəsiz görmək üçün Təsil şöbəsinin müdir müavinini də oyundan kənarda saxlayır və şöbənin Bakı şəhərində yerləşdiyi rəsmi ünvana belə gəlmir.
O günə qalıb ki, Zamiq Qurbanov artıq məktəbləri idarə edə bilmir. Son günlərdə Bakixanov qəsəbəsində yerləşən Cəbrayıl rayonu Cəmil Əhmədov adına şəhər orta məktəbində pul yığma mərasimini hətta Təhsil Nazirliyinin yoxlamaya gələn mütəxəssisləri şahidlik edib. Təhsil Nazirliyinin yoxlamaya gələn mütəxəssisləri məktəbin direktoru Minə Fətəliyevanın siyahı ilə pul yığan zaman hal şahidləri olublar. Bütün bu biabırçılığa baxmayaraq Minə Fətəliyeva hələ də öz işində davam edir. Zamiq Qurbanovun bundan xəbəri yoxdurmu? Yəqin ki, bu qanunsuzluqlarda şərikliyi var demək.

Mövzuya qayıdacağıq….

“Xəbər Xətti”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi