azia.az
azia.az

Kişilər DİQQƏTLİ olun, bu qadın tipləri TƏHLÜKƏLİDİR

23-08-2021, 08:57

Kişilər  DİQQƏTLİ olun, bu qadın tipləri TƏHLÜKƏLİDİR
Bəzən ən dözümlü və diqqətli kişilər qadın hiyləgərliyinin qurbanı olur.
Qadınlar təhlükəlidir: onlar sənin başını qatmaq üçün saysız-hesabsız fəndlərə bələddirlər. Lakin onlardan bəziləri olduqca təhlükəlidir.

1. Qayğıkeş ana

Bu tip qadınlara tez-tez rast gəlmək olur. Onlar tipik anadırlar: aşırı qayğıları kişini müstəqil düşünə və hərəkət edə bilməyən uşağa döndərə bilər. Belələrini ayırd etmək asandır. Sevdiyi kişisinə kompüter oynayarkən yemək gətirir, 24 saat onun qayğısına qalır.

2. Ləçər

Kinli qadın təsəvvür edəcəyiniz ən təhlükəli tiplərdən biridir. Belələri adətən hər şeyə, o cümlədən öz uşaqlarına əsəbiləşir. İlk növbədə də belə qadınlar bütün zəhərini kişilərin üzərinə tökür və bütün problemlərində onları ittiham edir.

3.Güclü və azad

O yalnız pulun əhəmiyyət kəsb etdiyi material dünyada yaşayır. Belə qadınlar yalnız karyera haqqında düşünür. Belə qadının yanında kişi özünü rahat hiss edə bilmir. Çünki hər şeyi özü həll edən qadın kişiyə xas olan xüsuiyyəti - yəni kişi rolunu oynamağa mane olur.

4. Qurban

Bu qadın yoxsulluq içində yaşayır və həmişə onun bütün problemlərini həll edəcək kişinin axtarışındadır. Onun uçub-dağılan mənzili 10 ildir ki təmir üzü görmür. O, hər dəfə yuxuya gedərəkən ağ atlı şahzadə ilə rastlaşacağını arzulayır.

5. "Green card"çı

Sizə böyük meqapolisə köçərək hər nəyin bahasına olursa olsun şəhərli statusu almağa çalışan qadın tipi tanışdır. Bu istiqamətdə yeganə çıxış yolu kimi onlar kiməsə ərə getməyi görürlər. Beləliklə, onlar istədikləri qeydiyyatı əldə etmiş olurlar. Belələrindən uzaq olmağa çalışın.
6. Detektiv

Tanışılığın ilk saniyəsindən onlar səni sorğu-suala tutmağa başlayır. Belələri kişi haqqında bütün məlumatı əldə etmək istəyirlər.
Düşünürsüz ki, münasibətləriniz dərinləşdikcə daha rahat olacaq? Yanılırısnız. Vəziyyət daha da fəsadlaşacaq və sizin bütün addımlarınıza nəzarət etməyə çalışan bir "nadzor"la yaşamalı olacaqsıınız.

7. Pasportunda möhür ovçusu

Elə qadınlar da var ki, ən böyük arzusu pasportlarında evlilik haqqında möhürün olmasıdır. Belələrini heç nə durdura bilməz. Onlar "qurbanının" ətrafında o qədər tələ qururlar ki, yazığın qurtulmağa şansı qalmır. Sən onu sevsən də, sevməsən də, onun üçün fərq etmir.

8. İntelektual

Təəsüf ki, geniş biliyə sahib olsalar da, belə qadınlarla münasibət o qədər də müsbət deyil. Belələri asudə vaxtlarında tonlarla kitab oxuyur və hər zaman nə qədər ağıllı olduqlarını vurğulamağa çalışırlar. Siz sadəcə belələrinə tapmaq və etmək üçün yaradılmısınız. Bu bizim yox, onların fikridir.

9. Rəfiqələrinin əsiri

Bu cür qadınlar üçün rəfiqələr ən yaxın və etibarlı insanlardır. Onların fikri hər şeydən üstün tutulur. Və məhz rəfiqələr sənin ona uyğun olub olmadığına qərar verir. Sizin hər bir sirrinizə bu rəfiqələr bələd olacaq.

10. Qır-saqqız

Bu tip qadının yanında sən həmişə özünü qəfəsdəki heyvan kimi hiss edəcəksən. Heç vaxt tənha qala bilməyəcəksən. Belələri həmişə sənin yanında olacaq, çünki onların fikrincə ən dəhşətli şey, səni bir anlıq belə tək buraxmaqdır. Özünə ikinci kölgə bəxş eləmək istəmirsənsə beləsindən uzaq ol.

11. Məcarə axtaranlar

Adətən bu kateqoriyaya ərdə olan qadınlar daxildir. Onlar gündəlik həyatdan, problemlərdən və gedişatdan usanmış olurlar. Belə qadınlar yalnız gündüzlər əlçatandır, çünki axşam onlar öz yuvalarına qayıtmalıdır. Belələri ilə yalnız qısamüddətli intim mümkündür.

12. Maraq axtaranlar

Belə qadınlar yeni kişilərlə tanışlığıa hər zaman açıqdırlar. Təəcüblü olsa da, onları ciddi münasibətlər maraqlandırmır. Onların bir dərdi var - ətrafında həmişə kişilər olmalıdır. Belələri bir insanla həyat yaşamağı bacarmırlar. Onların kompleksi yoxdur, seksuallıqları 101 vurur.
Mütəmadi olaraq kişiləri dəyişdirərək onlar özləri üçün yeni üfüqlər açır və məhz hansı tip kişini həmişə yanlarında görmək istədiklərini müəyyən edirlər.

13. Tənha ana

Onun zəif çiyinlərinə uşağa qayğı, maliyyə sabitliyi və sair öhdəliklər düşür. Bir maaşa dolanmaq belələri üçün çətin olur, həmçinin uşağa da ata lazımdır. Ona görə də, belə qadınlar hər varianta razıdırlar. Lakin bu münasibətlər adətən yaxşı bitmir.
14. Pul ölüsü

Belələri yalnız imkanlı şəxslərlə münasibət qurur. Onun üçün fərqli deyil kişinin ailəsi var ya yox, qocadır cavandır. Əsas olan prestij bir məhəllədə ev və ardı kəsilməyən bahalı hədiyyələr axınıdır. Belələri səni baş tacı edir və ətrafındakı bütün qadınları özünə rəqib hesab edir. Amma sənə pul kisəsi kimi baxan bir qadınla münasibət qurmaq nə qədər düzgündür özün qərar ver.

15. Səhnə ulduzu

Bu tip qadınlar həmişə diqqət mərkəzində olur. Dayanmadan danışırlar, ətrafdakılar parlaq gülüşləri ilə fəth edirlər. İlk baxımdan belə qadın bir uğurlu tapıntıya bənzəyir. Lakin kainat mərkəzi olmağa adət etmiş qadınla yaşamağa siz özünüz qərar verə bilərsiniz.Big.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi