azia.az
azia.az

Polkovnik-leytenant Rahib Mirzəyevi intihara kim məcbur edib?

11-07-2021, 01:06


İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Polkovnik-leytenant Rahib Mirzəyevi intihara kim məcbur edib?
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.



Virtualaz.org polkovnik-leytenant Rahib Mirzəyevin intiharının mümkün səbəblərini öyrənmək üçün onu yaxından tanıyan bəzi adamlarla söhbətləşib. Onların hamısı Mirzəyevi dürüst, təvazökar və layiqli zabit kimi xarakterizə ediblər. Yaxın tanışlarından biri belə deyib: “Mən bir neçə gün əvvəl Rahibi təsadüfən küçədə görmüşdüm. Əhvalı yaxşı idi, sağlam görünürdü və heç bir borcu, xidmətdə heç bir problemi yox idi. Rahib nümunəvi ailə başçısı idi, onun iki övladı-bir oğlu və bir qızı var. Bu intihar, əlbətdə ki, doğrudan da intihar edibsə, bizim hamımız üçün əsl şok oldu”.

Əməkdaşımız mərhumun yas məclisində də olub və orada polis bölmsi rəisinin yaxın tanışları, qohumları toplaşmışdı. Əməkdaşımız toplaşanlardan bir neçəsi ilə söhbətləşsə də onların hamısı faciə barədə anlaşılmazlıq içərisində olublar. Heç kim zabitin nədən intihar etdiyini bilmir...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi