azia.az
azia.az

Əfsanəvi Tuncay işsiz qaldı

7-02-2017, 21:31

Əfsanəvi Tuncay işsiz qaldı

Rəhbərlik Tuncay Şanlı ilə görüşdən sonra qərarını ona açıqlayıb

Türkiyənin 3-cü liqasında mübarizə aparan “Sakaryaspor” baş məşqçisi Tuncay Şanlı ilə yolları ayırıb. İstiPress-in klubun saytına istinadən yaydığı xəbərə görə, rəhbərlik Tuncay Şanlı ilə görüşdən sonra qərarını ona açıqlayıb.

Türkiyə millisinin sabiq üzvü Sakarya təmsilçisini ötən ilik oktyabr ayından çalışdırırdı. “Sakaryaspor” Tuncayın rəhbərliyi altında cari mövsümdə meydana çıxdığı 13 oyunda 6 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət əldə edib. Qeyd edək ki, Tuncay Şanlı futbolçu kimi “Sakaryaspor”un yetirməsi olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi