azia.az
azia.az

Yuxu dərmanlarının tərkibində ağır maddələr tapıldı

26-02-2017, 12:57

Yuxu dərmanlarının tərkibində ağır maddələr tapıldı


Kanadalı alimlər yuxusuzluğu müalicə edən preparatlardan müntəzəm istifadənin zərərli olduğunu bildirirlər.

azia.az publika.az-a istinadən bildirir ki, yuxu dərmanlarının tərkibindəki aktiv maddələrin dozası çox vaxt artıq olduğuna görə sağlamlıq üçün böyük təhlükə törədir.

Ekspertlər 16 məşhur markaya məxsus 31 dərmanın tərkibini araşdırarkən müəyyən ediblər ki, onların çoxu istehsalçıların iddia etdiyi kimi, heç də qida əlavəsi deyildir. Bundan əlavə, bu preparatların tərkibində ağır maddələr tapılıb.

Tədqiq olunan preparatların 71 faizində melatonin dozası aşkarlanıb. Bununla yanaşı, bəzi preparatlarda yuxu hormonunun miqdarı 83 faiz az, digərlərində isə 47 faiz çox olub.

Alimlər onu da müəyyən ediblər ki, bəzi yuxu dərmanlarının tərkibində serotonin var. Bu iki maddənin dozasının çox olması orqanizmdə ağır fəsadlar törədir. Məsələn, ürəyin fəaliyyətinin pozulması nəticəsində qızdırma, bayılma və hətta ölüm halları baş verə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi