azia.az
azia.az

“Şayiələrə inanmayın” –Ölüm xəbəri yayılan xalq artisti (VİDEO)

8-06-2017, 16:07

“Şayiələrə inanmayın” –Ölüm xəbəri yayılan xalq artisti (VİDEO)


Xalq artisti Könül Xasıyevanın səhhətində problemlər olsa da, vəziyyəti stabildir.

Bu açıqlamanı xanəndənin yaxın qohumu Kult.az-a bildirib.

Sənət dostları isə yayılan əsassız xəbərlərdən narahat olduqlarını bildiriblər və bu məsələdə media nümayəndələrini həssas olmağa çağırıblar.

Səhhəti ilə bağlı yayılan şayiələrə son qoymaq məqsədilə aparıcı Hacı Nuran xalq artisti Könül Xasıyeva ilə birgə sosial şəbəkələrdə video müraciət yayıb.

“Gördüyünüz kimi, Könül xanımın yanındayıq, yaxşıdır. Yayılan şayiələrə inanmayın”, – Hacı Nuran bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında bəzi saytlar xalq artisti Könül Xasıyeva haqda qeyri-səhih informasiya yayıb. Bu, son bir ayda, Könül xanımın səhhətində yaranan problemlərdən sonra yayılan ikinci yalan xəbərdir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi