azia.az
azia.az

Bulvarda rəqs məkanı yenidən fəaliyyətə başlayır

25-06-2016, 05:55

Bulvarda rəqs məkanı yenidən fəaliyyətə başlayır Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı 25 iyun 2016-cı il tarixindən etibarən hər həftəsonu yenidən fəaliyyətə başlayır. Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur.

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Qeyd edək ki, rəqslər 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” Qran Pri yarışı ilə əlaqədar bağlı olması səbəbilə bir müddət keçirilib.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarını rəqs məkanına müxtəlif xalqların rəqslərini izləməyə dəvət edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi