azia.az
azia.az

Sel suları bir sıra küçələri su altında qoydu

27-09-2017, 15:41

Sel suları bir sıra küçələri su altında qoydu


Şirvanda güclü yağış nəticəsində bir sıra küçələr su altında qalıb.

azia.az report-a istinadən xəbər verir ki, ötən gecədən yağan yağış Şirvanda bir sıra çətinliklər yaradıb.

Belə ki, şəhərin Məhəmməd Əmin Rəsulzadə və digər küçələri su altında qaldığından keçilməz olub.

Bundan başqa, "Köhnə şəhər" adlanan ərazidə 30-a yaxın evin həyətini su basıb.
Şəhərdən sel sularını çəkmək üçün Fövqəladə Hallar Nazirliyinin xeyli sayda yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi