
Bakıda “Vətən” kinoteatrı il bağlı qalmaqal yaranıb. Bu barədə redaksiyamıza sahibkar Cəfərov Şahin, Elman Hacıyev və Nadir Məmmədov müraciət edib. Müraciətdə bildirilir ki, 13 ildən artıq ”VƏTƏN” kinoteatırında hər il bağlanan müqaviləyə əsasən kiçik sahibkarlıqla məşğul olduqları halda kinoteatr rəhbərliyi tərəfindən haqsızlıqla üzləşiblər. Sahibkarlar bildirirlər ki, həmin müddət ərzində binanın arxitektur görkəminin qorunub saxlaması üçün kifayət qədər vəsaitlə xərcləyiblər: “Bu illər ərzində həmin arxitektur binaya qoyduğumuz sərmayə, Azərbaycanın, Bakının keşmişini xatırladan, yaşlı nəslin cavanlığını xatırladan bir simvol kimi və xatirə kimi saxlanmasına dair biz gücümü əsirgəməmişik. Əsas amalımız o olub ki, “Vətən” kinoteatrının tarixi abidə kimi saxlanması ilə birgə, bugünki gün Azərbaycana gələn qonaqların, həmçinin orada təqdim etdiyimiz əntiq əşyalar qonaqların gözünü oxşasın. Onuda bildiririk ki, “Vətən” kinoteatrının direktoru Dostuyev Məhəmməd Qənimət oğlu bu illər ərzində bu tarixi abidəni qorumaq əvəzinə əksinə talayıb. Hətta son zamanılar məlum olduğuna görə də sayğacdan kanar qaz xəttini də şəhərin mərkəzində, yaşayış evlərinin yanında, hec bir təhlükəsizliyi nəzərə almamaqla Məhəmməd Dostuyev istifadə edir. Dövlətə keçiriləçək olan vergilərdən də yayınma faktları var”.
Sahibkarlar deyir ki, M. Dostuyev “Vətən” kinoteatrını Əmlak Məsələləri üzrə Dövlət Komitəsi vasitəsi ilə satışa çıxardaraq külli miqdarda pulu mənimsəməyə keçib. Bunu M. Dostuyev özü də etiraf edib: “ Belə ki, Məhəmməd Dostuyev bizə deyib ki, ”Vətən” kinoteatrına 3 milyondan artıq pul verilib. Amma, o pulun cəmi 1 milyonunu dövlətə keçirib. Qalanı isə mənimsənilib. Dostuyev Məhəmməd “Vətən” kinoteatrının satışından gələn gəlirlə bizləri əzəcəyini, susdurmağa yol tapacağı ilə hədələyir. Həmin işlədiyimiz “Vətən” kinoteatrının ərazisində bizim 2018-ci ilin Fevral ayına kimi müqaviləmiz ola ola bu gün 01 may 2017-ci il tarixdə Dostuyev Məhəmməd kinoteatra girişi bağlayaraq, işıqları söndürərək bizi içəri buraxmir və hədələyir”.
Sahibkarlar bildirirlər ki, M. Dostuyev sahibkarları vəzifədə olan adamları ilə də hədələyir: “O, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində adamlarının olduğunu əsas gətirərək özbaşınalıqlarını davam etdirir. Niyə kinoteatrın satılması barədə bu günkü günədək bir rəsmi acıqlama yoxdur? Bu heçkimi maraqlandırmır. Bizim bu gün kinoteatr ərazisində qoyduğumuz əmlaklarımıza yaxın qoymurlar. Hansı əsasla və bizim əlimizdə müqavilə ola ola bizi niyə incidirlər? Ərazi üzrə Bakı Şəhəri, Nəsimi RPİ- nin 22 Polis Bölməsinə müraciətimizdən sonra hansı tədbirlərin görüləcəyinə və bizim hüquqlarımızın qorunacağına ümid edərək hal-hazırda işimizə qayıdıb sahibkarlığımıza davam etməyimizi gözləyirik. Əks halda Qanunvericilikdə nəzərdə tutulan kimi Məhkəməyə və digər orqanlara müraciət eməyə məcbur qalacayık”.
Çarəsiz qalan sahibkarlar prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, Prezident Administrasiyasının rəhbəri (Korrupsiya ilə Mübarizə komissiyasının sədri) Ramiz Mehdiyevə, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova, İnsan Hüquqları üzrə Müvəkkili
(ombutsman) Elmira Süleymanova və digər şəxslərə müraciət edərək pozulmuş hüquqlarının bərpası üçün yardım istəyib.
Turan Türkel