azia.az
azia.az

“İqtisadi böhran neqativ meyillərə marağı artırır”

3-12-2016, 12:53

“İqtisadi böhran neqativ meyillərə marağı artırır”
Sərdar Cəlaloğlu: “İnsanlar öz problemlərini zorakı yollarla həll etməyə can atır”

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında iqtisadi böhranın mümkün fəsadlarına diqqət çəkib. Partiya sədrinin sözlərinə görə, iqtisadi böhran siyais şüurun zəifləməsinə səbəb olur ki, bu da cəmiyyətdə zorakılığa meyli artırır:

“Iqtisadi böhranın baş verməsi siyasi şüurun zəifləməsinə, qeyri-siyasi, zorakı yollarla, rüşvət və korrupsiya ilə problemlərinə həll etməyə meyl yaradır. Bu gün isə ölkədə iqtisadi böhran baş verdiyi üçün siyasi şüurda da böhran baş verir. Vətəndaşlar yaranmış problemlərdən çıxmaq üçün siyasi yollardan daha çox, zorakılıq yolu ilə problemdən qurtulmağa daha çox cəhd edirlər. Bu gün insanların bir çoxu Qarabağ probleminin müharibə yolu ilə həllini təklif edir. Bu, insanların siyasi şüurunun yetərincə inkişaf etməməsi, regionda və beynəlxalq aləmdə gedn prosesləri lazımi səviyyədə təhlil edə bilmədiyi ilə bağlıdır. İnsanlar müharibənin ölkəmizə verəcəyi itkilərin lazımi təhlilini apara bilmədiyi üçün bunu istəyir. Lakin onlara kiçik bir izah verəndən sonra fərqli cür düşünür, fərqli cür qərar verir.
İqtisadi böhranın davam etdiyini nəzərə alsaq, yaxın gələcəkdə neqativ meyillərin artacağını proqnozlaşdırmaq olar”.

Seymur Əliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi