azia.az
azia.az

Rusiya Prezidenti: "Azərbaycan öz ərazilərini geri qaytarırdı"

18-11-2020, 02:29


Hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb, bu o deməkdir ki, Azərbaycan öz ərazilərini geri qaytarmağa çalışıb.
Rusiya Prezidenti: "Azərbaycan öz ərazilərini geri qaytarırdı"
Virtualaz.org bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 24" telekanalının efirində Qarabağla bağlı danışarkən deyib.

"Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan özünün hesab etdiyi, elə bütün dünya birliyinin də Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarını geri qaytarırdı. Bununla əlaqədar o, bu işdə ona məlum yardım göstərən istənilən müttəfiqi seçmək hüququna malik idi", - deyə Putin qeyd edib.

Putin vurğulayıb ki, Azərbaycan müstəqil suveren dövlətdir və "müttəfiqlərini lazım bildiyi kimi seçmək hüququna malikdir". "Kim buna görə ona etiraz edə bilər?", - deyə Rusiya Prezidenti əlavə edib.

V.Putin Qarabağ üzrə Türkiyə-Rusiya mərkəzindən də danışıb: "Bizim Yaxın Şərqdə qarşılıqlı təsir üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradacağıq, hansı ki, pilotsuz uçuş aparatlarından (PUA) istifadə edəcək, bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik.

Birgə monitorinq mərkəzi suveren Azərbaycanın ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədəuyğun bilsə, orada yerləşdiriləcək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi