azia.az
azia.az

Bir ailədə 3 general-leytenant

22-08-2019, 16:28

Bir ailədə 3 general-leytenant
Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Azia.az Modern.az-a istinadla xəbər verir ki, Sabir Nağıyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir.
Sabir Nağıyev 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyırdı.Yeri gəlmişkən, Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır.Onların daha bir qardaşı Vəli Nağıyev 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində işləyir.Maraqlıdır ki, bugünkü sərəncamdan sonra hər üç qardaş general-leytenant ali hərbi rütbəsində xidmət edəcək. O da maraqlıdır ki, Vəli Nağıyev də Əli Nağıyev kimi ilk ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi