azia.az
azia.az

Akademik Tofiq Nağıyev “Abstract accepted – 4th Annual Conference and Expo on Biomaterials” konfransında iştirak edəcək

11-02-2019, 14:15

Akademik Tofiq Nağıyev “Abstract  accepted – 4th Annual Conference and Expo on Biomaterials” konfransında  iştirak edəcək

Azia.az-a verilən məlumata görə:25-26 fevral tarixində AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev London şəhərində keçiriləcək “Abstract accepted – 4th Annual Conference and Expo on Biomaterials” konfransında iştirak edəcək.

Təşkilat komitəsindən göndərilən materiala – referata yazdığı izahat və şərhlərlə konfransın işinə dəstək göstərən akademik həmçinin konfransın ilk günündə geniş məruzə ilə çıxış edəcək.


Qeyd edək ki, akademik Tofiq Nağıyevin geniş tədqiqatlarına və təcrübəsinə əsaslanan konfransın sertifikatları alimin özünün imzası ilə təqdim ediləcək. Məruzəçi və iştirakçılara sertifikatların verilməsi akademik T.Nağıyevə həvalə edilib.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi