azia.az
azia.az

Məşhur futbolçu tutuldu

17-02-2021, 13:15

Məşhur futbolçu tutuldu

Dünyaca məşhur italiyalı futbolçu Luici Sartor tutulub.

Azia.az xəbər verir ki, polis 46 yaşlı keçmiş futbolçunun istixanasında 106 ədəd çətənə kolu yetişdirdiyini aşkarlayıb.

Qolları qandallanaraq nəzarətə götürülən Sartor məhkəməyə çıxarıldıqdan sonra həbs ediləcək.

Qeyd edək ki, Sartor üç dəfə UEFA Kuboku qələbəsini yaşayıb.

“Yuventus”, İnter” və “Roma” kimi nəhəng komandalarda oynayan eks-futbolçu iki dəfə İtaliya millisinin formasını geyinib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi