azia.az
azia.az

Ronaldu Şevçenkonun rekordunu yenilədi

21-07-2020, 15:51

Ronaldu Şevçenkonun rekordunu yenilədi

Turinin “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu daha bir rekorda imza atıb.

Bu barədə “Azia.Az” məlumat yayıb.

K.Ronaldu İtaliya çempionatının 34-cü turunda A Seriyasındakı 50 və 51-ci qollarını vurub. Bununla da o, İtaliya çempionatında 50 qol limitini ən tez keçən futbolçu kimi tarixə düşüb. Bunun üçün K.Ronalduya cəmi 61 oyun kifayət edib.

Portuqaliyalı bu göstərici ilə “Milan”ın əfsanəsi futbolçusu Andrey Şevçenkoya məxsus rekordu yeniləyib. A.Şevçenko 50 qol limitinə 69 qarşılaşmada çatmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi